Çobanyastığı çayının faydaları sizi təəccübləndirəcək!
Bizi izləyin

Tabloid.az

Çobanyastığı çayının faydaları sizi təəccübləndirəcək!

Çay doğru dəmlənməyəndə faydalı xüsusiyyətlərini itirir

Çobanyastığı bitkisindən hazırlanan çay bir çox problemlərin aradan qalxması üçün faydalıdır. Ancaq bu çayı doğru şəkildə dəmləmək lazımdır, əks təqdirdə faydalı xüsusiyyətlərini itirir. Bir miqdar qurudulmuş çobanyastığını qaynar su ilə dolu çaydanın içinə töküb 8-10 dəqiqə dəmlənməsini gözləyin. Həftədə 2-3 gün, gündə 1-2 dəfə içməyiniz kifayətdir.

Bəs çobanyastığı çayı sağlamlığımız üçün niyə faydalı hesab edilir?

• Çobanyastığı çayının iltihabı aradan qaldırdığı sübut edilib.

• Spazmı və qazı aradan qaldırır.

• Qəbizliyi önləyir, bağırsaqların yaxşı işləməsini təmin edir.

• Romatizm ağrılarını yüngülləşdirir.

• Aybaşı sancılarının və bu zaman yaranan köp hissini azaldır.

• Mədə xəstəliklərinə qarşı qoruyucu xüsusiyyətə malikdir.

• Qarqara kimi istifadə edildikdə ağız və boğaz yaralarını tez sağaldır.

• Yuxu problemlərinin aradan qaldırılmasında köməkçi vasitə kimi istifadə etmək olar. Yatmadan 1 saat öncə bir fincan çobanyastığı çayı içmək daha rahat yatmağınızı təmin edər.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm