Fəlakətlə nəticələnən gözəllik əməliyyatları - Fotolar
Bizi izləyin

Tabloid.az

Fəlakətlə nəticələnən gözəllik əməliyyatları - Fotolar

Fəlakətlə nəticələnən gözəllik əməliyyatları

İllərlə gözəllik uğrunda milyonlarla dollar pul töküb arzu etdikləri xarici görkəmə qovuşmaq istəyən məşhurlar hazırda halından çox peşmandırlar. Dahi Nizami Gəncəvinin də dediyi kimi “Bir inci saflığı varsa da suda, Artıq içiləndə dərd verir o da”.

Estetik əməliyyatlara bir dəfə yoluxan ondan əlini üzə bilmir. Lakin hər şeyin dozasını tənzimləməkdə fayda var. Sadəcə burnunu düzəltdirmək və ya döşlərini böyütmək istəyib, əməliyyat masasına uzanan minlərlə insan zamanla digər bütün orqanlarından şikayətçi olur. Daha sonra digər orqanlarını estetik əməliyyatla düzəltmək istəyir və nəticə fəlakətə səbəb olur. Hətta bəzi adamların eyni orqanında bir neçə dəfə əməliyyat aparılır. Amma sonda arzu etdikləri görünüşə nail olmaq istədiyi halda daha da pis günə düşür, həm də sağlamlıqlarında ciddi problemlərə yol açırlar.

Tabloid.az dünyada fəlakətlə nəticələnən estetik əməliyyat nümunələrini təqdim edir:

Dünya onu üzünə yemək yağı yeritməsi ilə tanıyır. Kosmetik cərrahiyyəni hobbi halına gətirən 48 yaşlı koreyalı qadın 28 yaşında ilk cərrahiyyə əməliyyatından sonra dəfələrlə əməliyyat olunub.

Lakin bir müddət sonra estetik cərrahlar artıq müdaxilə etməyi rədd etdikdə Mioku üzünə yemək yağı yeridir və nəticə əsl fəlakət olur. Bərpa etmək üçün keçirdiyi ilk əməliyyatda üzündən 60 qram, boyun hissəsindən isə 200 qram yad maddə çıxarılıb.

Jocelyn Wildenstein

Mediada "Frankeştaynın gəlini" adlandırılan Wildenstein bu hala gəlmək üçün düz 4 milyon dollar xərcləyib! Ötən əsrin 70-ci illərin sonunda Jocelyn adlı xoş bir qadın vardı. Amma Jocelyn zəngin ərini 21 yaşında bir rus gözəllə yataqda tutduqdan sonra onu tərk edib pulunu almaq əvəzinə, cavanlaşaraq onun sevgisini qazanacığını düşünür. Bıçaq altına yatmağın ardı-arxası kəsilmir və nəticə: Əsl fiasko!

Dünyada Felaketle Sonuçlanan Estetik Ameliyat Örnekleri 05

Maykl Cekson

Bütün dünyada məlum olduğu kimi, keçirdiyi əməliyyatlar fəlakətlə nəticələnən digər bir məşhur Maykl Ceksondur. Dəri ağartma, 10-dan çox burun əməliyyatı Maykılın ötən əsrin 70 və 80-ci illərdəki normal halını hər kəsə unutdurmuşdu.

Dünyada Felaketle Sonuçlanan Estetik Ameliyat Örnekleri 08

Petya

“Dead or Alive” adlı məşhur İngilis qrupun solisti olan Burnsun dodaqlarında keçirdiyi əməliyyat fəlakətlə nəticələnəndə, bunu bərpa etmək üçün bütün sərvətini estetik əməliyyatlara xərcləyir. Ancaq heç bir işə yaramır və getdikcə qadın görüntüsü almağa başlayır.

Dünyada Felaketle Sonuçlanan Estetik Ameliyat Örnekleri 09

Dennis Avner

Avner bəlkə də əməliyyat olanların içində ən maraqlı olanıdır. Bütün məqsədi pələng sifətinə sahib olmaq olan bu qəribə qadının vəziyyəti insanlar tərəfindən normal qarşılanmasa da, o halından məmnun idi. Keçirdiyi bir sıra sifət və dəri əməliyyatı ilə yanaşı, dişlərinə də müdaxilə etmişdi. Bu qəribə qadın keçən il evində ölü tapılmışdı.

Dünyada Felaketle Sonuçlanan Estetik Ameliyat Örnekleri 10

Erik Sprague

Sprague dilini kəsdirən ilk şəxslərdəndir, hətta bu cərəyanın rəhbəri olduğu deyilir. Məqsədi özünü kərtənkələyə bənzətmək olan Sprague həmçinin 700 saatlıq döymə seansından keçib.

Dünyada Felaketle Sonuçlanan Estetik Ameliyat Örnekleri 03

Donatella Versace

1955-ci il təvəllüdlü məşhur dizayner keçirdiyi bir sıra əməliyyat və botoks əməliyyatlarından sonra sanki özünün karikaturasını yaradıb.

Dünyada Felaketle Sonuçlanan Estetik Ameliyat Örnekleri 04

Jackie Stallone

Məşhur aktyor Silvester Stallonenin anası olan Jackie də estetik əməliyyat asılılığı ilə tanınır. Jackienin üz dartması, qaş qaldırmaq, burun və dodaq əməliyyatlarından, yanaq implantlarına qədər etmədiyi əməliyyat qalmayıb.

Dünyada Felaketle Sonuçlanan Estetik Ameliyat Örnekleri 06

Amanda Lepore

Lepore 15 yaşından bəri keçirdiyi saysız-hesabsız əməliyyatdan sonra dünyada transeksual kimi tanınır. Nəticə isə fiaskodur! Üzünə bir neçə saniyədən artıq baxmaq mümkün deyil.

Amanda Lepore

Maykla Romanini

İtalyan kübar cəmiyyətinin tanınmış simalarından Romanini də keçirdiyi dodaq əməliyyatı səbəbindən fəlakət görünüşə sahib olanlardandır.

Dünyada Felaketle Sonuçlanan Estetik Ameliyat Örnekleri 01

Nileen Namit

Misir kraliçası Nefertitiyə oxşamaq istəyən 3 uşaq anası Nileen Namit 51 dəfə estetik əməliyyat olunub. Bütün əməliyyatlara isə 200 min fund xərcləyib. 49 yaşlı qadın 29 yaşından Nefertitiyə oxşamağa çalışır.

Annette Edvards

57 yaşlı Annette Edvards cizgi film qəhrəmanı dovşan qız Cehmmmaya oxşamaq üçün 16 min dollar pul xərcləyib. Dovşanları çox sevdiyini deyən Annette bunun üçün botoks, sinə böyütmə, qaş qaldırma və sairə üçün əməliyyatlar edib.

Miki Cay

3 uşaq anası Miki Cay əməliyyatlara 16 min dollar xərcləyib özünü Mayk Ceksona bənzədib. Ona bənzədikdən sonra hərəkətləri ilə də onu təkrarlayıb şou göstərir.

Gavin Paslov

Hər kəs mələk olmaq istəyərkən 39 yaşlı Gavin Paslov şeytana oxşamaq üçün 3500 fund pul xərcləyib. Şeytana oxşamaq üçün birinci dərisinin altına buynuz yerləşdirən Gavin dilinin ucunu da kəsdirib. Gözlərinə linza taxan Gavin adını da dəyişərək “Diablo Delenfer” edib.

Farrah Abraham

"The Teen Mom" adlı yarışmada iştirak edən Farrah Abraham keçirdiyi dodaq əməlyyatı üzündən çətin zamanlar yaşayır. Dodaq estetikası onun ilk əməliyyatı deyil. Abraham daha əvvəl də döş və çənə əməliyyatı keçirib.


Oxumağa davam et
Reklam
Reklam

Gündəm