Nikol Kidman: “Elə bildim homoseksualsan” - Fotolar, Video
Bizi izləyin

Tabloid.az

Nikol Kidman: “Elə bildim homoseksualsan” - Fotolar, Video

"Sənin homoseksual olduğunu düşündüm”

Dünya şöhrətli aktrisa Nikol Kidman “Cimmi Fellonun şousu”na qonaq olub. Məşhur aktyor və aparıcı Cimmi Fellonu etiraflarıyla utandıran aktrisa tamaşaçıları qəhqəhələrə boğub.

Belə ki, Nikol Kidman söhbət əsnasında 10 il əvvəl Cimmi ilə arasında ciddi münasibət yarana biləcəyini etiraf edib. Aktrisa aparıcının görüşmək istəyini qəbul edərək onun evinə getdiyini bildirib:

“Mən görüşə razı oldum və evinə gəldim. Başında beyzbol papağı var idi. Heç danışmırdın, qırıq-qırıq anlaşılmaz səslər çıxardırdın. Öz-özümə fikirləşdim ki, “Aman Allah, bu dəhşətdir. Bu adam mənlik deyil. Hətta sənin homoseksual olduğunu düşündüm”.

Aktrisanın bu etirafından sonra üzü qızaran aparıcı “hazırkı həyat yoldaşınız Kit Urban məndən çox-çox yaxşıdır. O, rok ulduzudur”, - deyərək, söhbəti dəyişməyə çalışıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm