Sürətlə arıqladan şorba resepti
Bizi izləyin

Tabloid.az

Sürətlə arıqladan şorba resepti

Dadlı yeməklərdən, şirniyyatlardan əl çəkmək heç də asan deyil. Sadəcə 5-6 kilo atmaq istəyirsinizsə, ağır pəhrizlər saxlamağınıza ehtiyac yoxdur

Pəhriz saxlamaq bəzilərimiz üçün çox çətindir. Dadlı yeməklərdən, şirniyyatlardan əl çəkmək heç də asan deyil. Sadəcə 5-6 kilo atmaq istəyirsinizsə, ağır pəhrizlər saxlamağınıza ehtiyac yoxdur. Türkiyənin ən tanınmış diyetoloqlarından olan Ender Saraçın arıqladan şorba reseptini sınaqdan keçirə bilərsiniz.

Bu şorba əzələləri deyil, yağları əridir. Odur ki, sağlamlıq üçün zərəri olmamaqla yanaşı, bol istiotlu olduğu üçün qış aylarında sizi soyuqdəymə və qripdən qorumağa da təsirlidir.

Tərkibi:

500 qram acı bibər

1 dəstə cəfəri

1 dəstə göy soğan

4 ədəd limon

1 çay qaşığı qırmızı istiot

duz

1,5 lt su

Hazırlanması:

Göy soğanları iri-iri doğrayaraq qazana tökün. Daha sonra doğranmış cəfəri, şüyüd və acı bibəri əlavə edin.

Su əlavə edərək zəif odda bişirin və bişdikdən sonra blendrdan keçirin. Duzu çox az vurun. Hər dəfə acanda bir kasa bu şorbadan için.

Gündə 3-4 dəfə içmək olar.

Qaz əmələ gətirməməsi üçün şorbaya bir az zirə əlavə edə bilərsiniz.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm