Quymaq - Resept
Bizi izləyin

Tabloid.az

Quymaq - Resept

Tabloid.az quymağın reseptini təqdim edir:

Tabloid.az quymağın reseptini təqdim edir:

İnqrediyentlər:

Buğda unu – 150 qr

Ərinmiş yağ – 150 qr

Su – 1,5 l

Şəkər

Darçın

Hazırlanması:

Ərinmiş yağa un əlavə edilir və un yağda açıq qəhvəyi rəng alınca qovrulur, halvada olduğu kimi. Kütlə təxminən 15 dəqiqəyə hazır olur.

Unu qovurarkan, suyu qaynadın. Quymaq bişirmək üçün geniş qab götürmək lazımdır. Arası kəsilmədən qarışdırmaqla üç dəfəyə bir litr qaynar suyu qovrulmuş una əlavə edin. Bu zaman ehtiyatlı olun, kütlə qaynayır və sıçrayır. Unla su eyni konsintensiyaya düşüncə qarışdırılmalıdır. Kütlənin arasına bir az su tökün və qapaqla örtün. Zəif od üzərində 1 saat ərzində dəmləyin.

Quymaq süfrəyə dərin boşqabda verilir. Üstünə darçın və şəkər tozu səpilir.

Bəzən quymağı su əvəzinə şərbətdə bişirirlər. Bu halda, süfrəyə verərəkən quymağın üstünə şəkər səpilmir.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm