• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Büzməli paxlava - Resept

Büzməli paxlava - Resept

Tabloid.az Türkiyədə çox sevilərək hazırlanan büzməli paxlavanın reseptini təqdim edir:

İnqrediyentlər:

Yumurta – 3 ədəd
Duru yağ – 0.5 stəkan
Qatıq – 1.5 stəkan
Alma sirkəsi – 1 xörək qaşığı
Un – apardığı qədər
Qargıdalı nişastası – 500 qram

İçi üçün:

Fındıq – 300 qram
Şəkər tozu- 200 qram

Üzəri üçün:

Kərə yağı -250 qram
Şəkər tozu – 1 kq
Su – 4 stəkan
Yarım limon suyu.

Hazırlanması:

Paxlava şərbəti hazırlamaq üçün limon suyu, şəkər tozunu, suyu qazana töküb 15- 20 dəqiqə qaynadırıq.

Xəmiri hazırlamaq üçün yumurtaları qaba qırıb üzərinə qatığı, duru yağını və apardığı qədər un əlavə edib yoğururuq. Hazır olan xəmiri 30 dəqiqə saxlayıb kündələyib nişasta səpib oxlovla açırıq. Oxlovla açdığımız yuxanın üzərinə fındıq və ya qoz ləpəsini səpib oxlovu yuxanın qırağından qoyub bükürük və əlimizlə oxlovun iki tərəfindən tutub ortaya doğru sıxırıq. Sıxaraq büzdüyümüz yuxanı oxlovun ucundan çıxarıb soba qabını yağlayıb qaba yerləşdiririk. Əritdiyimiz kərə yağını paxlavaların üzərinə gəzdirib 180 dərəcədə 25 -30 dəqiqə qızarana qədər bişiririk. Bişən paxlavanı soyudub doğrayıb üzərinə soyumuş olan şərbəti verib özünə çəkdikdən sonra qabdan çıxarırıq.

Nuş olsun.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR