• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Füsünkar fransız xanımları - Fotolar

Füsünkar fransız xanımları - Fotolar

Deyirlər ki, üslub - əslən Fransalıdır. Bu ifadə bir çox moda inqilablarının Fransada doğulması ilə bağlıdır. Parisli xanımlar hər zaman özlərinə inamlı görünürlər, müxtəlif üslubları qarışdırmağa və birləşdirməyə qorxmurlar. Zəriflik diqqətsizliklə hər zaman uzlaşır. Qəribə fransız üslubu haqqında yüzlərlə kitab yazılsa da, yenə də azdır. Tabloid.az bu gün təkrarolunmaz fransız üslubunun ən gözəl nümunələrini təqdim edir:

Koko Şanel

O, dəbə innovasiyalar tətbiq etməyi bacarır. Təkcə özünü deyil, dünyanın bütün qadınlarını dəyişdirmək iqtidarında olan Qabriel Şanel Boner dəbdə inqilab edib. Onun dəbə gətirdiyi ruh hamının xoşuna gəlir və təsiri uzun müddətdir ki, davam edir.

Emmanuel Alt

Üslubu "rokin-roll" adlandırırlar. Emmanuel kəskin çiyinli pencəklərin altına dar cins şalvarlar, mayka və düyməli köynəklər yaraşdırır. O əmindir ki, gözəllik təbiilik deməkdir. Öz timsalında da bunu sübut edir. Emmanuel 70-cı illərdə "Nina Ricci" və "Lanvin" moda evinin modeli olmuş anasından nümunə götürür.

Marion Kotiyar

İstedadlı aktrisa dünya şöhrətini əsl fransız haqqında filmə çəkilməklə (Edit Piaf) qazansa da, yaddaşlarda nadir və unikal üslubu ilə də qalıb.

Vanessa Paradi

Aktrisa, müğənni və bir çox moda evlərinin simasıdır. Vanessa art-dekor rok, qlamur və hippi üslubu ilə maraqlanırdı. Amma həmişə fransız zərifliyini və təbiiliyini qoruyub saxlamağa çalışırdı.

Bridcit Bardo

İyirminci əsrin əvəzolunmaz qadınlarından biridir. O, Roje Vadimin "Və Tanrı qadını yaratdı" filminə çəkilərkən bir gün içində seks-simvola çevrilir. Qızılı, dağınıq saçlar, böyük gözlər və qüsursuz geyimli stili ilə hər kəsdə heyranlıq yarada bilmişdi.

Letisiya Kasta

Model və aktrisadır. “Guess” reklam çəkilişlərindən sonra şöhrətin bütün qapıları üzünə açılır. Sonra o bir çox tanınmış markalarının və “Victorias Secret” in mələklərindən birinə çevrildi.

Ceyn Birkin

Ceyn əslən Böyük Britaniyadan olsa da, Fransa mədəniyyətinin bir hissəsinə çevrilib. Onu 60-cı illərin gözəli adlandırırdılar.

Katrin Denev

Yalnız kino aktrisa kimi deyil, həm dəb, həm də bütövlükdə dünya mədəniyyətinin bir hissəsinə çevrilib.

Konstans Yablonski

24 yaşlı top model öz ölkəsinin fərxidir.

Karin Roytfeld

“Vogue” jurnalının keçmiş baş redaktorunun moda sahəsində böyük təcrübəsi var. O, zərifliklə kişi üslubunun vəhdətini sevir və hesab edir ki, bu, əsl fransız stilidir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR