• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Klipində pedofilliyi təbliğ etdi - Video

Klipində pedofilliyi təbliğ etdi - Video

Uzun müddət “Chandelier” adlı mahnısına çəkdiyi kliplə gündəmdə qalan müğənni Sia yeni klipi ilə yenə hər kəsi təəccübləndirməyi bacarıb. Müğənninin “Elastic heart” (“Elastik ürək”) mahnısına çəkdirdiyi klipi də böyük səs-küyə səbəb olub.

Belə ki, klipdə pedofiliyin təbliğ olunduğu iddia edilib.

Video-çarxda baş rolda aktyor Şaya Labafla birlikdə 12 yaşlı rəqqasə Meddi Zelger rol alıb. İbtidai rəqs hərəkətləri ilə kişi-qadın münasibətlərini açıqlamağa çalışan cütlüyün işi ümumilikdə bəyənilsə də, klipin tərbiyəvi tərəfi bir çoxlarını narahat edib.

Sia bu tip tənqidlərin olacağını əvvəlcədən ehtimal etdiyini bildirib:

“Bilirdim ki, bəziləri məni günahlandıra bilər. Videonu mənfi qarşılayan hər kəsdən üzr istəyirəm. Sadəcə, insanlarda emosional hissləri oyatmağa çalışmışdım. Şaya ilə Mediyə çox təşəkkür edirəm”.

Qeyd edək ki, müğənninin fanatları klipdə pedofillikdən əsər-əlamət olmadığında həmfikirdirlər. Onlar soyunaraq gündəmə gələn ulduzların tənqid edilmədiyini, maraqlı işi ilə diqqət çəkmək istəyənlərin isə bu tip tənqdilərə məruz qalmasını pisləyiblər.

Tabloid.az qalmaqala səbəb olan həmin klipi təqdim edir:

Xəbər lenti

DAHA ÇOX XƏBƏR