Seksual görünmək istəyən qadınların axmaq davranışları
Bizi izləyin

Tabloid.az

Seksual görünmək istəyən qadınların axmaq davranışları

Kişilərə seksual görünmək istəyən bəzi qadınlar davranışları ilə özlərini pis vəziyyətdə qoyurlar

Kişilərə seksual görünmək istəyən bəzi qadınlar davranışları ilə özlərini pis vəziyyətdə qoyurlar.

Tabloid.az özlərini seksual hesab edən və bu xüsusiyyətlərini ön plana çəkmək istəyən qadınların etdikləri səhvlərdən yazıb:

Ağıllı telefonlarla çəkdiyiniz “selfie”lərdə dodaqlarınıza “ördək” forması vermək sizi seksual göstərməyəcək. Dodaqlarını büzüşdürərək seksual olduğunu düşünən qadınlar yanılırlar. Bu, sizi yüngül göstərməkdən başqa heç bir işə yaramır. Ördək dodaqları əvəzinə, kişiləri xoş təbəssümünüzlə ovsunlamağa çalışın.

Gözəl qoxumaq üçün ətir şüşəsini üzərinizə boşaldırsınızsa, çox böyük səhv edirsiniz. Yüngül hiss edilən ətir kişiləri həqiqətən valeh edə bilər. Ancaq sözün əsl mənasında ətirlə yuyunduqda bütün kişilər sizdən qaçacaqlar. Unutmayın ki, ətiri bir dəfə vurduqda 8 saat öz təsirini saxlayır. Odur ki, evdən çıxarkən boynunuza, biləyinizə az miqdarda ətir sıxın və bununla kifayətlənməyi öyrənin.

Uşaq kimi danışmaq demək olar ki, bütün gənc qızların nazlanmaq üsuludur. Uşaqları təqlid edərək danışmaq sizə seksual görünüş vermir. Kişilərin çoxu belə qaddınlara qıcıq olurlar. Əgər xoşladığınız kişinin diqqətini cəlb etmək istəyirsinizsə, uşaq kimi yox, qadın kimi danışın.

Kişilərin gözünə xoş görünmək üçün rahat hərəkət edə bilmədiyiniz ayaqqabılarla yeriməyə çalışmayın. Zərif və seksual görünmək qısa dabanlı və düz ayaqqabılarla da cazibədar görünmək mümkündür. Seksual görünmək üçün çox hündürdaban ayaqqabılar geyinmək vacib deyil. Üstəlik, bu tip ayaqqabılarla rahat yeriyə bilmirsinizsə, gülüş mənbəyinə çevrilmək riskiniz çox olacaq. Odur ki, ayaqqabı seçərkən rahatlığınıza üstünlük verin.

Kişilər yataqda açıq-saçıq danışmaqdan çəkinməyən qadınlara valeh olurlar. Ancaq bunun da dozasını bilmək lazımdır. Üstəlik, bu söhbətlər ancaq yataq otağında qalmalıdır. İclasda olan partnyorunuza zəng edərək erotik sözlə pıçıldamaq onun xoşuna gəlməyəcək.

Qadınlar makiyajda parıltıya və simli məhsullara üstünlük verirlər. Ancaq kişilər parıldamağı xoşlamırlar. Əgər makiyajınız partnyorunuzn köynəyinə bulaşıbsa, bir anda onun gözündən düşəcəksiniz. Odur ki, yayılmayan, keyfiyyətli və içərisində sim olmayan kosmetik vasitələrə üstünlük verin.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm