Mədə ağrısından və yanğı hissindən necə xilas olaq?
Bizi izləyin

Tabloid.az

Mədə ağrısından və yanğı hissindən necə xilas olaq?

Təsadüfi hallarda baş verən ağrı zamanı aşağıdakı üsullara əl ata bilərsiniz

Həddindən artıq yemək yemək, mədənizin vərdiş etmədiyi qidalardan istifadə etmək, mədə soyuqlaması kimi müxtəlif səbəblərlə mədəniz ağrıya bilər. Əgər bu ağrı hər gün təkrarlanırsa, mütləq həkimə müraciət etməlisiniz. Ancaq təsadüfi hallarda baş verən ağrı zamanı aşağıdakı üsullara əl ata bilərsiniz.

Darçın mədə ağrısını və mədədə baş verən yanğı hissini aradan qaldırır. Həmçinin qıcqırma və qusma hallarının da qarşısını alır.

Mədənizdə yanğı hissi baş verdikdə banan yeyə bilərsiniz. Yumşaq bir meyvə olan bananın tərkibindəki maddələr bu hissi qısa müddətdə aradan qaldıracaq.

Kefir və qatıq da mədə ağrısından xilas olmaq üçün istifadə edilən qidalar sırasındadır.

Mədənizdə ağrı hiss etdiyiniz günlərdə menyunuzdan soğan və sarımsağı çıxartmalısınız. Bu tip tərəvəzlər mədə probleminizin daha da böyüməsinə səbəb ola bilər.

İspanaq da mədə üçün faydalı qidadır. İspanağı buxarda bişirərək və ya suda qaynadaraq yeyə bilərsiniz. Çiy halda yarpaqlarını salatlarınıza əlavə etmək də yaxşı üsuldur.

Nanə də ispanaq kimi mədəyə yaxşı təsir göstərir.

Salatlara alma sirkəsi əlavə edərək mədənizi gücləndirə bilərsiniz. Suda qaynadılmış gül kələm mədəni turşu hücumlarından qoruyur. Buna görə də həm yanğı hissinin, həm də ağrının kəsilməsinə kömək edir.

Paxla, mərcimək və göy noxud da mədəni qoruyan qidalar arasındadır. Çiy kartofun suyunu içmək mədədəki yanğı hissini ən qısa zamanda aradan qaldırmağın ən yaxşı həll yoludur.

Təbiətin bəxş etdiyi bu təbii dərman vasitələrinin olmasına baxmayaraq, sağlamlığınızın keşiyində dayanın. Həddindən artıq yemək yeyərək mədənizi yormayın. Sağalm şəkildə qidalansanız və yuxu rejiminizi qaydaya salsanız, mədə problemlərindən başqa heç bir vasitəyə ehtiyac qalmadan xilas olacaqsınız.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm