Astroloji proqnoz - 10 yanvar
Bizi izləyin

Tabloid.az

Astroloji proqnoz - 10 yanvar

Astroloji proqnoz - 10 yanvar

QOÇ - Gücünüz çatmayan işlərə girişməyin. Çünki bu təqvimdə məsuliyyət hissiniz azalacaq və bu da nəticədə zərərinizə ola bilər. Odur ki, daha çox mənəvi rahatlığa üstünlük verin.

BUĞA - Çoxsaylı və maraqlı insanlarla bir yerdə olmaq sizə rahatlıq gətirəcək. Yaxşı olar ki, bunu nahardan sonraya saxlayasınız. O vaxta qədərsə ənənəvi fəaliyyətlə məşğul olun.

ƏKİZLƏR - İkili fikirlərdən, faktsız ittihamlardan uzaq olsanız, gün ərzində hansısa xoşagəlməzliklə rastlaşmayacaqsınız. Həmkarlarınızla, köhnə dostlarınızla təbii olmağı bacarın.

XƏRÇƏNG - Kosmik fonun bürcünüzdəki neqativliyi müəyyən məqamlarda uğursuzluq yaradacaq. Ələlxüsus da günün ilk yarısında daha tədbirli olmalısınız. Məsuliyyətsiz adamlardan qaçın.

ŞİR - Qəbir ziyarəti, yaşlı qohumlara baş çəkmək gün ərzində savablarınızı artıra bilər. İş-gücdən, məişət problemlərindən uzaq olub bir az da genetik irsinizə xidmət edin.

QIZ - Astroloji göstəricilər ixtiyarınızda olan bu təqvimin müəyyən çətinliklərindən xəbər verir. Amma daxili potensialınızdan yararlanıb qarşıda duran maneələri dəf edə bilərsiniz.

TƏRƏZİ - Yaxşı olar ki, özünüzü çox yormayasınız. Əks təqdirdə mənəvi rahatlıqdan uzaq olacaqsınız. Nahardan sonra ünsiyyətdə olduğunuz adamlar tərəfindən sevindirilmə ehtimalınız var.

ƏQRƏB - İş prinsipində nəzərəçarpacaq irəliləyişlər əldə etmək üçün olduqca səmərəli vaxtdır. Hətta aktivliyinizi artırmaqla şəxsi büdcənizdə müsbət dəyişiklik də edə bilərsiniz. Uzaq yola çıxmayın.

OXATAN - Qarşınızda əsl biznes günü durub. Amma uğurlarınız daha çox əvvəlcədən planlaşdırılmış işlərdə özünü göstərəcək. Belə məqamlarda istənilən mübahisə başınızı ağrıda bilər.

OĞLAQ - İslami dəyərlərə, dini ənənələrə əməl etməyə çalışın. Heç olmasa həftədə bir dəfə savab işlər görmək yaxşı olardı. Ürəyinizə yaxın hər kəsə mərhəmət göstərin. Sülhpərvər olun.

SUTÖKƏN - Günün ümumi mənzərəsi müsbət çalarlıdır. Bu səbəbdən də ətrafınıza gözəllik bəxş edin. İnsan ruhuna zərər gətirən amillərdən uzaq olun. Dilinizi duasız qoymayın.

BALIQLAR - Əgər ovqatınızın yüksək, işlərinizin avand olmasını istəyirsinizsə, ətrafınızda olanlarla xoş davranın. Dediyiniz hər bir sözün məsuliyyətini dərk edin. Əsəblərinizə diqqət yetirin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm