Rəqsanə qızı Aysuna qadağa qoydu
Bizi izləyin

Tabloid.az

Rəqsanə qızı Aysuna qadağa qoydu

Müğənni Rəqsanə İsmayılova qızı Aysuna sərt qadağa qoyub.

Bu həftə müğənni Rəqsanə İsmayılovanın böyük qızı Aysunun 18 yaşı tamam oldu. Bu münasibətilə müğənni qızına avtomobil hədiyyə edib. Lakin qəribədir ki, müğənni qızına avtomobil idarə etməyə icazə vermir, baxmayaraq ki, artıq Aysunun 18 yaşı tamam olub.

Müğənni bu haqda eksklüziv olaraq tabloid.az-a danışdı:

"O, hələ uşaqdır. Həm də qız uşağıdır. Hər şeyin vaxtı var. Ailə qurandan sonra əgər həyat yoldaşı icazə versə, o da avtomobil idarə edər. Hələ ki, sürücüsü var. Hara lazımdırsa, onu aparır. Mən icazə vermirəm və bunun tam əleyhinəyəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm