Tabloid.az
Dərini cavanlaşdıran çuğundur maskaları
Çuğundur sağlamlığımızda mühüm rol oynayan tərəvəzlərdən biridir. Çuğundur yalnız sağlamlığa deyil, həm də gözəliyimizə xidmət edən əvəzsiz bitki kimi tanınır. Tabloid.az dərini cavanlaşdıran çuğundur maska reseptlərini təqdim edir:
Nəmləndirici maska
1 stəkan sürtkəcdən keçirilmiş təzə çuğundura 2 çay qaşığı bərk qaymaq əlavə edin və qarışığı üzə sürtün . 10 dəqiqədən sonra maskanı soyuq suyla yuyun.
Qidalandırıcı maska
Kiçik çuğunduru götürüb qaynadın, daha sonra təmizləyib sürtgəcdən keçirdib, 1 çay qaşığı bal və bitki yağı əlavə edərək qarışdırın. Bu qarışığı təmizlənmiş dəriyə sürtün, 20 dəqiqədən sonra maskanı ilıq suyla yuyub nəmləndirici krem vurun.
Solğun dəri
Üz dərisi solğun olanlar çuğundurun şirəsini sıxıb, bərabər nisbətdə (ölçüdə) südlə qarışdırıb, üz dərisini silmələri lazımdır. 20 dəqiqədən sonra üzü isti suyla yuyun.
Quru və solğun dəri üçün maska
Təzə çuğunduru sürtgəcdən keçirdin və bir xörək qaşığı xamayla qarışdırın . Maskanı üz, boyun və dekolte hissəsinə çəkin. 20 dəqiqə saxlayıb, isti suyla yuyun.
Kəpək və saçların köklərini bərkitmək üçün maska
Saçların köklərini bərkitmək və kəpəkdən qurtulmaq üçün həftədə
1-2 dəfə saçlar üçün çuğundur maskasını etməkdə fayda var. 2 ədəd
çuğunduru sürtgəcdən keçirdin, əgər saçlarınız uzundursa onda 3-4
ədəd çuğundur götürün, saçların uzunluğuna görə kütləni saçlarınıza
sürtün. Proseduranı bitirdikdən sonra polietilen papağı geyinin və
başınızı dəsmalla bağlayın. 40-50 dəqiqə sonra saçlarınızı yaxşıca
yuyun.
Çuğundur bişirdiyiniz suyu atmayın. Bu su saçlarınız üçün ən yaxşı
yaxalayıcıdır. Həmçinin saçlarınıza parlaqlıq və dolğun görünüş
bəxş edəcək.
tabloid.az
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK