Tuba Böyüküstünün gözəl və gənc qalmaq üçün tövsiyələri
Bizi izləyin

Tabloid.az

Tuba Böyüküstünün gözəl və gənc qalmaq üçün tövsiyələri

Tuba Böyüküstünün gözəllik ritualları

Türkiyənin ən gözəl aktrisası kimi tanınan Tuba Böyüküstünün baxışları, hüznlü gözləri, gülüşü xəstəyə məlhəm kimidir. Tuba həm kişilərin, həm də qadınların sevimlisidir. Onun kimi görünmək istəyən xanımlarn sayı-hesabı az deyil. Gözəlliyi onu özündən razı göstərsə də, bu, utancaqlığından qaynaqlanır. Əslində, bu qadının gözəllik sirri hamıya bəllidir, o təbii gözəldir. Bu Allahın hamıya bəxş etmədiyi nadir hədiyyələrdən biridir. Boyu 1.72 sm, çəkisi 53 kq-dır, 32 yaşındadır.

Tabloid.az Türkiyə mətbuatına istinadən Tubanın gözəllik rituallarını təqdim edir:

İdeal bədən xətlərinə malik olsa da, nə idmanla məşğul olur, nə də pəhriz saxlayır. Ürəyi istəyən hər şeyi yesə də, nəfsini saxlaya bilən tiplərdəndir. Ruhun və bədənin bir-biri ilə barışıq olmasını ən böyük nemət adlandırır. Hər kəsə də bədənləri ilə ruhlarını barışdırmağı tövsiyə edir.

Dərisinə və saçlarına mümkün qədər çox qulluq etməyə çalışır. Təkcə aktrisa olduğu üçün deyil, baxımlı və gözəl qadın olmaqdan zövq alır.

Aktrisa "Pantene", "Maximum Cart", "Kremini" və "Molped" reklamlarında çəkilib. Füsünkarlığı ilə avropalıların da diqqətini çəkməyi bacarıb. “Pantene” şampunun Belçikada reklamı üçün 2 milyon dollarlıq müqavilə imzalayıb.

Saçlarına təbii tərkibli maskalar çəkir. Sağlam saçlar və gözəl dəri hər bir qadına özünü gözəl hiss etdirir. İstifadə etdiyi məhsulların təbii tərkibli olmasına fikir verir. “Saçım uzun və sağlam olmalıdır. Modelini dəyişdirməzdən əvvəl saç dəbini izləyirəm. Saç məhsullarının hamısının eyni markasından olmasına fikri verirəm. Saç uclarını kəsdirməklə saçın sağlam olacağına inanırdım. Buna görə də saçın uzunluğunu saxlayaraq, qorumağın yollarını bilmirdim. Sonralar saçın keyfiyyətini qoruyan məhsulları kəşf etdim və beləcə hər ay saç uclarını kəsdirməli olmuram”.

Rahatlamaq üçün bitki çayları içir. "Fast food"-un yanında bol salat yeməklə sağlamlığın qeydinə qalır. Tərəvəz və meyvəni çox sevir.

Gözəllik sirri klassik və çox bəsitdir. Dişlərini fıçalayır, üzünü yuyur və nəmləndirici çəkir. Bu qədər! Qarmaqarışıq heç nə yoxdur.

Əkizlərə hamilə olanda həddindən artıq kökələn aktrisa, aldığı çəkilərdən cəfəri sayəsində xilas olub. Hər səhər bir stəkan cəfəri suyu içib. Günorta və axşam yeməyində cəfərili qatıq yeyib. Duzsuz badamı isə çantasından əskik etmir. Həmçinin ananas, balıq və çoxlu su ilə qidalanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm