Ailədə neçənci doğulmağınız xasiyyətinizə təsir edir
Bizi izləyin

Tabloid.az

Ailədə neçənci doğulmağınız xasiyyətinizə təsir edir

Ailənizin neçənci uşağı olaraq doğulduğunuz həm də həyatda tutduğunuz mövqeyi müəyyən edir.

Ailənizin neçənci uşağı olaraq doğulduğunuz həm də həyatda tutduğunuz mövqeyi müəyyən edir. Maraqlıdır, evin ilk, ortancıl və ya kiçik uşaqları niyə bir-birindən çox fərqli olurlar? Amerikalı psixoloq Linda Bleyrin bu mövzuda yazılmış "Doğum sırası" adlı kitabında bu məsələ ilə bağlı maraqlı məlumatlar verilir.

İlk uşaqlar ailəsini razı salmaq məsələsində digərlərindən daha həvəslidir. Çox çalışırlar və ən çox tərifi onlar almaq istəyirlər. Bu barədə statistikaya görə ilk uşaqlar şirkət rəhbərləri, prezidentlər və ya buna bənzər rəhbər mövqelərdə olurlar. Digər uşaqlara görə kömək istəməyə və hökumətə etimad göstərməyə daha meyllidirlər.

Ortancıl uşaqlar hər kəslə mehriban olurlar. Bu uşaqlar ailəcanlı, qonaqpərvər və çox həssasdırlar. Adətən evin yükünü ailədə ortancıl uşaqlar çəkir. Böyük kollektivdə işləməyi asanlıqla bacarırlar.

Ən kiçik uşaqlar evin ən cəsuru, ən ərköyünü, ən dəcəli olur. Bunun səbəbi evdə ən çox onların sevilməsidir. Bu uşaqlarda yaradıcılıq qabiliyyəti çox inkişaf edir. Ancaq daha böyük yaşlarda bir az çətinliklə üzləşəndə həyatdan tez bezirlər.

Tək uşaqlar bütün diqqətə sahib olmağın verdiyi üstünlüklə digərlərinə nisbətən çox daha özünə inamlı olurlar. Tək başlarına vaxt keçirmək məsələsində çətinlik çəkmirlər və ünsiyyət bacarıqları yüksək olur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm