Gözəllik mənbəyi olan saunanın inanılmaz faydaları
Bizi izləyin

Tabloid.az

Gözəllik mənbəyi olan saunanın inanılmaz faydaları

Tapılmaz gözəllik mənbəyi olan saunanın faydaları

İsti hamam və sauna artıq çəkiyə, təzyiqə, qan şəkərinə və digər sağlamlıq problemlərinə yaxşı təsir göstərir. Belə ki, isti hamamın və saunanın sayəsində qan dövranını sürətləndirmək, əzələləri boşaltmaq, toksinləri bədəndən atmaq, dəri məsamələrinin açılmasını təmin etmək mümkündür.

Saunada tətbiq olunan proseduralar əzələlərin genişlənməsinə, bədənin dincəlməsinə yardım edir. Xüsusilə qış mövsümündə effektli olmaqla, bədənlə birlikdə zehnə də rahatlıq bəxş edir. Yuxu problemi olanlar bundan faydalana bilərlər.

Tabloid.az xəbər verir ki, sauna həm də Türkiyə mədəniyyətinin qədim ənənələrindən biridir. Bəzi mənbələrdə bunu isti hamamlarla eyni tuturlar.

Burada nəm nisbəti 5 - 10% , istilik isə 40 dərəcədən çox olur. Gigiyenik qaydaların gözlənildiyi, nəm və istilik tarazlığının yaxşı olduğu sauna tərləməyə və günün yorğunluğunu atmağa da kömək edir.

Sauna təxmin etdiyinizdən daha faydalı yerlərdir.

Minlərlə il davam edən bir ənənənin gətirdiyi təcrübələr bir yana, aparılan elmi tədqiqatlar və təcrübələrlə sübut olunub ki, saunanın müsbət təsirləri var.

Sizi zərərli toksinlərdən xilas etdiyi kimi, orqanizmə xəstəliklərə qarşı apardığı mübarizədə dəstək olur. Eyni zamanda əzələ yorğunluğundan qısa müddətdə xilas olmağı təmin edir.

Sauna dəridəki kapilyar damarları genişləndirir və qan təzyiqini tarazlaşdırır. Bədən istiliyini 1-2 dərəcə artıraraq mikrob və viruslara qarşı müdafiə sistemimizi gücləndirir, xəstə olarkən və ya olmaq ərəfəsində sauna dərman vəzifəsini yerinə yetirir.

İdmandan, məşqlərdən sonra sauna yorgunluğunuzu atmaq üçün ən uyğun yerdir. Peşəkar idmançıların hamısının iş cədvəlində sauna seansları ayrı bir yer tutur. Damarlarınızı genişləndirərək, yorğunluğa səbəb olan laktik turşunun əzələlər arasından atımını asanlaşdırır.

Daha hamar dəri üçün

Sauna 80C- də təxminən 30 dəqiqədə insana bir möcüzə bəxş edir: hamar dəri. Həm də bunu müxtəlif məhsullarda olduğu kimi dərini örtərək deyil, tamamilə təbii yolla edir. Ölü hüceyrələrdən ibarət olan üst dərinizi (epidermis) canlı hüceyrələrdən ibarət (dermis) alt dəridən ayıraraq təravətli dəriyə qovuşdurur.

Sauna xüsusilə xanımlar üçün bir gözəllik mənbəyidir. Nizamlı sauna seanslarından sonra nə demək istədiyimizi anlayacaqsınız.

Daha təmiz bədən

15 dəqiqəlik sauna seansından sonra daha çox toksin atmış olursunuz. Toksinlər orqanizm üçün son dərəcə zərərli maddələr olub, sadəcə, tərləmə yolu ilə orqanizmdən xaric olurlar. Sauna bədən üçün həlledici rol oynayır, daha təmiz və daha sağlam bədənə sahib olmaqda yardım edir.

Daha sakit zehin

Mənfi ionlar isti daşlara səpilən su ilə havaya fışqırırlar və aldığınız nəfəs ilə bədəninizə girirlər. Bu ionların vəzifəsi sizi yaxşı və xoşbəxt hiss etməyinizi təmin etməkdir. Son illərdə kəşf edilən bu təsir ilə dünyada müxtəlif təcrübələr aparılır. Hətta xərçəngin müalicəsində də ion generatorlarından istifadə edilir.

Saunanın insan orqanizminə faydaları olduğu qədər zərərləri də var. Hətta saunanın zərərləri insanlar üçün riskli ola bilər. Sauna temperaturu 90 dərəcəyə qədər qalxa bildiyi üçün hər bir fərdin orqanizmi bu cür ani temperatur dəyişikliklərinə lazımi müqaviməti göstərməyə bilər. Saunanın böyük zərərlərə yol aça biləcəyi adamlar kimlərdir?

Ürək problemi və yüksək təzyiqi olan insanlar başda olmaq üzrə, böyrək çatışmazlığı və qaraciyər xəstəliyi olan xəstələr üçün sauna böyük riskdir və onların sağlamlığına zərər verə bilər.

Bu cür narahatlıqları olan şəxslər üçün sauna zövqü risk daşıyır. Bu şəxslər həkim nəzarəti olmadan saunadan istifadə etməməlidir. Sauna istifadəsində fasilələrin olması şərtdir. Artıq çəkidən xilas olmaq istəyən fərdlərin çoxu arıqlamaq üçün saunaya gedirlər. Ancaq sauna yolu ilə arıqlamağa çalışmaq həll yolu deyil. Sauna yalnız insan bədənindəki su nisbətinin tərləmə yolu ilə çölə atılmasını təmin edir. Və bu su itkisi insanda müvəqqəti çəki itkisinin yaranmasına səbəb olur. Ancaq bir neçə gün ərzində itirilən su yenidən orqanizmə bərpa edilir.

Nəticə etibarı ilə sauna sağlam fərd üçün zərərli deyil. Ancaq hər şeyin çoxunun ciddi zərərlərinin ola biləcəyi də nəzərdən qaçmamalıdır.

Saunanın kişilər üçün zərərlərinə də toxunmadan keçmək olmaz. Uzun müddət yüksək temperatura məruz qalan və saunadan həddindən artıq istifadə edən kişilərdə sonsuzluq problemləri yarana bilər. Dolayısı ilə saunadan çox istifadə kişilərdə sonsuzluğa yol aça biləcəyi bildirilir.

Saunanın təkan verəcəyi və zəmin hazırlayacağı narahatlıqlardan bəziləri bunlardır: Daxili orqanlarda, ya da damarlarda iltihabı olan, ağciyər vərəmindən sağlamış adamlar, epilepsiya xəstəliyi olan adamlar, hələ müalicəsi davam edən ürək xəstəliyi olan şəxslərin saunadan uzaq qalması lazımdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm