Bu çantaları ancaq hərracda almaq olar - Fotolar
Bizi izləyin

Tabloid.az

Bu çantaları ancaq hərracda almaq olar - Fotolar

Unikal Hermès çantaları satışa çıxarılacaq

Ötən il "Christie's" hərrac evi Londonda və Honkonqda vintaj dizayner çantalarına həsr olunmuş iki hərrac keçirib.

Tabloid.az buro247.az-a istinadən xəbər verir ki, növbəti hərrac martın 9-da Parisdə 9 avenue Matignon 75008 ünvanında keçiriləcək. Bu, martın 3-də baş tutacaq unikal aksessuarlar sərgisinin davamı olacaq. "Hermès", "Chanel", "Louis Vuitton", "Gucci", "Bottega Venetta" və digər məşhur brendlərin zəngin pərəstişkarları öz kolleksiyalarına əsl xəzinə əlavə etmək şansı qazanacaqlar. Qeyri-adi çantaları indi əldə etmək istəyənlər üçün hərrac evi onlayn-hərrac təşkil edib.

Solda: Qızıl furnituralı Birkin çantası. Estimeyt - 10-12 min avro. Sağda: Tutqun furnituralı dəri Birkin çantası. Estimeyt - 15-20 min avro.

Solda: Qızıl furnituralı Birkin çantası. Estimeyt - 10-12 min avro. Sağda: Tutqun furnituralı dəri Birkin çantası. Estimeyt - 15-20 min avro.

Timsah, dəvəquşu və kərtənkələ dərisindən boz rəngli Birkin çantasının limitli buraxılışının təxmini qiymət 35-40 min avro arasında olacaq.

Timsah, dəvəquşu və kərtənkələ dərisindən boz rəngli Birkin çantasının limitli buraxılışının təxmini qiymət 35-40 min avro arasında olacaq.

So Black Birkin Hermès limitli buraxılışı. Solda: qara dəridən olan Birkin çantası, təxmini qiymət 10-12 min avro arasındadır. Sağda: Kelly çantası, təxmini qiymət 6-8 avro arasındadır.

"So Black Birkin Hermès" limitli buraxılışı. Solda: qara dəridən olan Birkin çantası, təxmini qiymət 10-12 min avro arasındadır. Sağda: Kelly çantası, təxmini qiymət 6-8 avro arasındadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm