“Oskar”ın namizədləri açıqlanacaq – Xəbər
Bizi izləyin

Tabloid.az

“Oskar”ın namizədləri açıqlanacaq – Xəbər

“Oskar”ın namizədləri açıqlanacaq – Xəbər

Rejissor Cey Cey Abramz və Alfonso Kuaron 15 yanvar tarixində Amerika Kino Akademiyasının mükafatı olan “Oskar”ın namizədlərinin siyahısını açıqlayacaq.

Bu haqda ilkin məlumatı Kreyq Zadanın şəxsi prodüseri mətbuata açıqlamasında qeyd edib.

Abramz və Kuaron "Semuel Qolduin" teatrının səhnəsinə çıxacaqlar və saatlar 16.30-u göstərəndə namizədlərin müəyyən olunmuş siyahısını elan edəcəklər.

Mükafatlandırma on bir fərqli kateqoriya üzrə keçiriləcək: “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı vizual effektlər” və sairə.

Bundan sonra aktyor Kris Payn və Akademiyanın prezidenti Şeril Bun-Ayzeks yerdə qalan on üç kateqoriyanın namizədlərini elan edəcək: “Ən yaxşı film”, “Ən yaxşı rejissor işi”, “Əcnəbi dildə çəkilmiş ən yaxşı film” və eləcə də, “Oskar” mükafatına namizəd kimi göstərilmiş bütün aktyor və aktrisaların adlarını açıqlayacaq.

Tədbirin erkən saatlara təyin olunmasının əsas məqsədi dünya mətbuatının baş verənləri işıqlandırmasına köməklik göstərməkdir.

Qeyd edək ki, 87-ci mükafatlandırma mərasimi 22 fevralda Los Ancelesdə baş tutacaq. Tədbirin aparıcısı aktyor Patrik Harris olacaq.

kult.az
Oxumağa davam et
Reklam
Reklam

Gündəm