Hava proqnozu - 11 yanvar
Bizi izləyin

Tabloid.az

Hava proqnozu - 11 yanvar

Hava proqnozu - 11 yanvar

Yanvarın 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən, səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-3 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-6 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 10-15, yüksək dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.

- See more at: http://teleqraf.com/news/38627#sthash.XJWflE4u.dpuf
Oxumağa davam et
Reklam
Reklam

Gündəm