Azərbaycanlı modelin Ledi Qaqa ilə iş birliyini nə pozdu?
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı modelin Ledi Qaqa ilə iş birliyini nə pozdu?

Model bu haqda tabloid.az-a eksklüziv açıqlamasında danışıb:

Əcnəbi kliplərdə peşəkar rəqqaslarla yanaşı, modellərin də iştirakını görürük. Əldə etdiyimiz məlumata görə, xaricdə yaşayan azərbaycanlı model Rüstəm Cəbrayılov Amerikada məşhur dünya ulduzu Ledi Qaqanın klipində çəkilmək üçün kastinqində iştirak edib. Model bu haqda tabloid.az-a eksklüziv açıqlamasında danışıb:

"Hətta məni çox bəyənmişdirlər. Boyumun çox hündür olmasından bu iş alınmadı. (193 sm - red.) Amerikada çox yaraşıqlı olmaq, ya da ən mükəmməl olmaq ən çox pul qazanan olmaq demək deyil. Kastinq keçirməmişdən əvvəl onlar artıq bilir kim lazımdır. Onlara yaraşıqlı, super model lazım deyil. Onlara beyinlərində çizdikləri lazımdır. Mənim boyumun digər modellərdən hündür olması işləri korladı. Onlar üçün standartlar əsas şərtdir. Onlar kliplərində daha çox aktyor və aktrisalardan istifadə edirlər. Çünki hər yaraşıqlı modelin aktyorluq qabiliyyəti yoxdur".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm