Elnarə: “Düzəlmək üçün heç zaman gec deyil”
Bizi izləyin

Tabloid.az

Elnarə: “Düzəlmək üçün heç zaman gec deyil”

Müğənni Elnarə Xəlilova insanlarda üstünlük verdiyi keyfiyyətləri açıqlayıb.

Müğənni Elnarə Xəlilova insanlarda üstünlük verdiyi keyfiyyətləri açıqlayıb. Tabloid.az xəbər verir ki, müğənninin fikrincə, peşəsindən asılı olmayaraq, hər kəsin tərbiyəsi, sevməyi bacarması, yerini bilməsi vacibdir. O, bu qənaətdədir ki, insan kinli və lovğa olmadıqda zaman hər şeyi onun xeyrinə həll edir:

“Hansı peşəyə sahib olursan ol - bir az qanacaq, bir az mərifət, bir az tərbiyə, bir az da düşüncə, bir az həya və bir az da abrın olsun. Yetər ki, səni aid olduğun cəmiyyət qəbul etsin. Bir az da sevməyi bacar. Qəlb qırma, həddini və yerini bil, öyrənməyə çalış, bir uğurun altına imza at, böyüklərə hörmət et ki, çörək tapasan. Allaha əmanət ol. Ən böyük hakim odur. Qoy, O, səni haqqa gətirsin. Təkəbbürdən, kindən, lovğalıqdan və küdurətdən uzaq dur. Ən böyük göstərici zamandır. O özü her şeyi yerbəyer edəcək. Təmiz olan ələnəcək və zir-zibil üzdə qalacaq. Amma düzəlmək üçün heç zaman gec deyil. Çaliş həqiqətən sevil və o zaman sevinc səni heç bir zaman tərk etməyəcək”.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm