• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Təranə Qumral Elçin Əlibəylini məhkəməyə verir - VİDEO

Təranə Qumral Elçin Əlibəylini məhkəməyə verir - VİDEO

“Space” telekanalında dava salan müğənni Təranə Qumral hadisə barədə geniş məlumat verib.

O, AzNews.az-a açıqlamasında bildirib ki, verilişə dəvət olunanda mövzudan xəbərsiz olub: “Verilişdə gözləmədiyimiz halda yenə ötən il bizim ailədə baş verən hadisələrdən danışıldı.

Musa müəllim dedi ki, bizdən danışmayın, gedin atasız, nikahsız uşaq dünyaya gətirənlərdən danışın. Hər şey də bundan başladı. Mən bilmirdim ki, belə söhbətlər olacaq.

Çünki bizim söhbətlər ötən il oldu, getdi. Mən də bununla bağlı qadağa qoydum. Dedim ki, kim təkrarən bu mövzunu gündəmə gətirsə, həmin şəxsi məhkəməyə verəcəyəm. Yenidən bu söhbətə qayıtmağın adı yoxdur. Ona görə də verilişi tərk elədik. Mən həmin adamları məhkəməyə verəcəm.

Əvvəla, bununla bağlı məhkəmə qərarı var. İkinci də bizi verilişə çağıranda tamam başqa bir mövzunun müzakirə ediləcəyi deyildi. Orda isə bizə sürpriz etdilər. Buna görə də həmin verilişi hazırlayanları məhkəməyə verəcəyəm. Qoy veriliş yayımlansın, vəkilimlə danışacam”.

Qeyd edək ki, “Space” telekanalında yayımlanan “Günaydın” verilişi “SOY” prodakşının layihəsidir. Layihənin icraçısı isə tanınmış teleaparıcı Elçin Əlibəylidir.


Xatırladaq ki, Musa Musayev, Təranə Qumral və prodüser Təranə Səmədova “Space” telekanalında “Günaydın” verilişinin qonağı olublar. Əxlaq mövzusunda müzakirə zamanı cütlüklə prodüser Təranə Səmədova arasında qalmaqal yaşanıb. Əsəblərinə hakim olmayan Musa Musayev prodüserə hücum çəkib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR