• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Türkiyənin məşhur aktyorları Bakıya axışacaq

Türkiyənin məşhur aktyorları Bakıya axışacaq

Türkiyənin tanınmış rejissoru Engin Öztürk Bakıda yeni layihəyə başlayıb. Məşhur rejissor bu məqsədlə Bakıda da olub.

Bu barədə Tabloid.az-a rejissor, İnter.az telekanalının proqram departamentinin rəhbəri Gülnarə Aydın Bağırova məlumat verib. Layihə ilə bağlı məlumat verən G.A.Bağırova bildirib ki, Engin Öztürk mart ayından başlayaraq Bakıda gənc aktyor və rejissorlara televiziya və seriallar mövzusunda seminarlar keçəcək:

“Seminarlarla yanaşı Türkiyənin məşhur aktyorları ilə görüşlər olacaq. Həmin aktyorların Bakıda KİV nümayəndələri ilə görüşlərini də təşkil edəcəyik. Həmin məşhurlar sırasında indiyədək Türkiyə istehsalı olan seriallardan tanıdığınız simalar da olacaq”.

Xatırladaq ki, Engin Öztürk “Adını Feriha qoydum”, “Ümidsiz ev qadınları”, “Bir eşq hekayəsi”, “Eşq”, “Xanımın çiftliyi”, “Doktorlar” "Güllərin savaşı" kimi reytinq rekordlarına imza atan seriallarin, eləcə də “Nəşəli həyat”, “Bəyaz mələk”, “Məmləkət məsələsi” kimi filmlərin quruluşçu rejissorudur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR