Dəb ilahəsinin ilhamverici stilləri - Fotolar
Bizi izləyin

Tabloid.az

Dəb ilahəsinin ilhamverici stilləri - Fotolar

Dəb ilahəsinin ilhamverici stilləri

Dizaynerlərin, dəb tənqidçilərinin sevimli stil ikonalarından biri də Oliviya Palermodur. Həm duruşu, həm stili ilə o, sözün əsl mənasında dəb ilahəsidir. Oliviya klassika ilə modern trendləri ideal şəkildə uyğunlaşdıraraq olduqca cazibədar və zərif obraz yarada bilir.

Oliviya model və aktrisa kimi tanınır. "The City" adlı serialda rol aldıqdan sonra daha da məşhurlaşır. Eyni zamanda Oliviyanı bir neçə məşhur brendin siması olaraq bütün moda bloqlarında görmək olar.

Oliviya 2008-ci ilində bəri özü kimi model olan sevgilisi Johannes Huebi ilə birlikdədir. Çox vaxt dəvətlərdə birgə iştirak edirlər. Hamı cütlüyün bir-birinə yaraşdırır. Onlar ötən ilin iyun ayında evlənib. Dəb ilahəsi öz toyunda bir daha hamıya orijinallığı ilə təkrarolunmaz zövqünün harmoniyasını nümayiş etdirir. O, təmtəraqlı gəlinlik əvəzinə ağ rəngli sadə bir dəst geyinmişdi. Gəlinlik əvəzinə qısa şort, üzərinə isə tül ətək geyinmişdi. Bu ətəyini isə krem rəngli sviter ilə tamamlamışdı. Ayaqqabıları isə bir çox gəlinlik ayaqqabısı kimi ağ rəngdə deyildi. Tünd göy rəngdə seçdiyi ayaqqabıları "Manolo Blahnik" brendindən idi.

Stil ikonası: Oliviya Palermo

Stil ikonası: Oliviya Palermo

MTV-də yayımlanan "The City" serialı ilə ulduzu parlayan Oliviya təkcə xususi dəvətlərdə və moda həftələrində deyil, gündəlik həyatda da baxımlı olmağa üstünlük verir və getdiyi hər dəvətdə diqqəti üzərinə çəkməyi bacarır. Gözəl ulduz "Christian Dior", "Tibi", "Burberry", "Valentino", "Rebecca Minkoff", "Mulberry", "Victoria Beckham", "Zara" kimi markaların geyimlərinə üstünlük verir. Ayaqqabı brendlərinə gəldik isə "Charlotte Olympia", "Valentino", "Mulberry", "Guiseppe Zanotti" və "Christian Louboutin" kimi tanınmış markalardan imtina edə bilmir.

Oliviya Palermo 2014-cü ildə ilin ən gözəl geyinən qadını kimi tarixə düşdü. Tabloid.az Oliviya Palermonun ən yaxşı stillərini seçib.

"Emilia Wickstead" imzalı ətəyi onun favoritlərindən biridir.

Olivia Palermo'dan en iyi 10 görünüm - 2014

Oliviyanın "Burberry" dəfiləsində geyindiyi paltarı da "Burberry" brendindən idi.

Olivia Palermo'dan en iyi 10 görünüm - 2014

Oliviya seksual zamşa çəkmələrinin üstünə geyindiyi "Burberry" pançosuyla ilə damğasını vuran dəb trendinin əsasını qoymuşdu.

Olivia Palermo'dan en iyi 10 görünüm - 2014

"Tibi" markasından olan dəlikli ətəyi güman edirəm ki, heç kəs bu qədər yaxşı uyğunlaşdıra bilməzdi.

Olivia Palermo'dan en iyi 10 görünüm - 2014

Oliviyanın "Christian Dior" imzalı qara ağ dəri gödəkçəsi çox bəyənilmişdi.

Olivia Palermo'dan en iyi 10 görünüm - 2014

Oliviya xəz detallarını şişirtmədən necə istifadə edəcəyini çox yaxşı bilir. "Fendi"-dən olan ayaqqabılar isə lap yerinə düşdü.

Olivia Palermo'dan en iyi 10 görünüm - 2014

London Moda Həftəsinə qatılan Olviyanın bu stili də çox bəyənilmişdi.

Olivia Palermo'dan en iyi 10 görünüm - 2014

"Ann Teylor" imzalı dəri ətəyi və sadə köynəyi yenə də Oliviyanı stil ikonasına çevirib. "Aquazzura" imzalı üstü ipli ayaqqabıları ona çox yaraşır.

Olivia Palermo'dan en iyi 10 görünüm - 2014

Oliviya sevimli brendi olan "Aquazzura"-dan bu obrazında da vaz keçə bilməyib.

Olivia Palermo'dan en iyi 10 görünüm - 2014

Oxumağa davam et
Reklam
Reklam

Gündəm