Xatirə İslamın işdən qovdurduğu deyilən aparıcı danışdı
Bizi izləyin

Tabloid.az

Xatirə İslamın işdən qovdurduğu deyilən aparıcı danışdı

Bu xəbər çıxandan sonra aparıcısının işdən çıxmasında bir müddət əvvəl qalmaqal yaşadığı Xatirə İslamın əlinin olması barədə şaiyələr yayılmağa başladı.

“Space” telekanalının siması Vüsalə Kərimova aparıcısı olduğu “Günaydın” verilişindən ayrılıb. Bu haqda aparıcı özünün sosial şəbəkədəki səhifəsində yazıb.

“Dəyərli dostlarım, məni sevənlər, uğuruma sevinənlər! 13 yanvardan etibarən bir daha məni "Günaydın" verilişində görməyəcəksiniz. Səbəbi çox bəsit: ürəyim getmək istədi, getdim. Ümumiyyətlə, mənim xarakterim belədir. Getmək istəyirəmsə, gedirəm. Kimsə mənim qarşıma keçə bilməz. Çox sevindirici haldır ki, gedişim məhz 13 yanvara təsadüf edəcək. 13 rəqəmi mənim üçün hər zaman düşərli olub. Və daha bir sevindirici hal. Mənim əvəzimə "Günaydın"da çox sevdiyim sənətkar, əməkdar artist Mehriban Xanlarova olacaq. Məni əvəz etmək elə də asan deyilmiş. Canım Mehriban xanıma yeni işində uğurlar arzu edirəm. Sizinlə isə yeni layihədə görüşənədək”.

Bu xəbər çıxandan sonra aparıcısının işdən çıxmasında bir müddət əvvəl qalmaqal yaşadığı Xatirə İslamın əlinin olması barədə şaiyələr yayılıb. Tabloid.az deyilənlərə Vüsalə Kərimovanın münasibətini öyrənib: “Xatirənin adının mənim adımın yanında hallanmasını istəmirəm. O məsələ həmin vaxt oldu və bitdi. O, müğənnidir. O, mənim işdən çıxmağıma necə səbəb ola bilər?! Bir də ki, Xatirə belə bir açıqlama da verməyib".

Vüsalə Kərimova onu da əlavə etdi ki, bu xəbər çıxandan artıq bir sıra təkliflər alıb: “Həm prodakşın şirkətlərdan, həm də yerli telekanallardan müxtəlif təkliflər almışam. Amma harada çalışacağıma hələ qərar verməmişəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm