• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Son dəbə uyğun fransız hörükləri – Fotolar

Son dəbə uyğun fransız hörükləri – Fotolar

Qışda saçların problemləri artır: həddən artıq quruluq və elektrikləşmə, saçqıran, kəpək və s. Yağış, qar, hava çirkliliyi saç diblərinə təsir göstərərək, saçların canlılığını itirməsinə səbəb olur. Bu aylarda yağlı saçlar daha da yağlanır, quru saçlar isə əksinə, çox quruyur. Ümumiyyətlə, soyuq aylarda ən çox quru və zəif saçlar zərər görür. Belə saçlara sahib qadınlar qidalandırıcı şampunlardan istifadə etsələr, yaxşı olar.

Dolayısı ilə qışın soyuğu saçlara da təsirsiz ötüşmür. Bu səbəbdən də küləkli, çovğunlu havalarda saçları açıq saxlamaq onları “təhlükə” ilə qarşı-qarşıya qoymaq deməkdir.

Saç dəbinə gəldikdə isə onlarla çox oynamamış, çox məşğul olmamış kimi görünən modellər daha çox aktualdır. Həm də saçları toplayaraq onları qışın küəyindən və soyuğundan qorumuş olarsınız.

Tanınmışların da üstünlük verdiyi, xüsusilə də balıq quyruğu deyilən və yandan hörülən modellər çox populyardır. Yana atılmış balıq quyruğu modelləri trikotaj və vodolazka paltarla əla görünür.

İstər gündüz, istərsə də, gecə ziyafətlərində bu modeli yığa bilərsiniz. Hörük saç modelləri çoxşaxəlidir, həm də hər kəsin stilinə uyğundur.

Tabloid.az məşhurların qırmızı xalıda diqqətə layiq ən yaxşı balıq quyruğu modellərini seçib. Baxın və ilham alın...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR