Almaz Ələsgərli qızlarının həyatından danışdı - Fotolar
Bizi izləyin

Tabloid.az

Almaz Ələsgərli qızlarının həyatından danışdı - Fotolar

Almaz sevgi dünyasından danışdı

Əməkdar artist Almaz Ələsgərli yeni ildə tabloid.az saytının ilk müsahiblərindən biri olub. Müğənni bizimlə səmimi söhbətində çoxdan nöqtə qoyduğu və danışmadığı məqamlara da toxunub. Müsahibədə əməkdar artist qızları Əminə və Mədinənin həyatları ilə yanaşı, özünün sevgi dünyasından da bəhs edib.

Tabloid.az əməkdar artist Almaz Ələsgərli ilə eksklüziv müsahibəni təqdim edir.

- 2015-ci il yenicə girib. Artıq bir sıra müğənnilər bu ilə planlarını açıqlayıb. Siz bu ilə nə kimi vədlər verə bilərsiniz ?

Bu il konsert verməyi düşünürəm. Bundan başqa, mart ayında Kanadaya dəvət almışam. Orada konsert verəcəyəm. Böyük konsert olmasa da, həmvətənlərimin qarşısında çıxış edəcəyəm. Müğənnilərdən təkcə mən olacağam. Mənimlə bərabər xalq artistimiz, qarmon ifaçısı Avtandil İsrafilov və sintezator ifaçısı Malik Paşayev də Kanadaya gedəcək. Orada ansambl var. Mən biz üçümüz və oradakı ansambl ilə konsert verəcəyik.

- Bəs 2014-cü il Sizin üçün nə ilə yadda qaldı?

- Ötən il mənim üçün çox önəmli il oldu. Həm sənətimdə, həm də ailəmdə düşərli il oldu. Bəlkə özüm at ilindən olduğum üçün ötən il mənim üçün düşərli olub.

Sənətimə gəldikdə iki klip çəkdirdim. “Mən o mən deyiləm” adlı diskim işıq üzü gördü. Xarici ölkələrdə konsertlərim oldu. Mən 2014-cü ildən çox razı qaldım. Hətta 2015-ci ili də çox gözəl qarşıladım. Ən əsası qızım Əminə də yanımda idi.

- Əminənin adını çəkdiniz. Bildiyim qədər Bakıda deyildi...

Əminə bacısı Mədinənin yanında idi. İsveçrədə istirahət edirdi. Amma Yeni ili qeyd etmək üçün mənim yanıma gəlmişdi.

- Mədinədən nə xəbər var?

- Mədinə hələ ki, İsveçrədə həm işləyir, həm də təhsil alır. Onun başı çox qarışıqdır.

- Niyə Yeni ili qeyd etməyə Mədinənin yanına getmədiniz?

- İnanın, Mədinəyə Yeni il günü iş salıblar. O da işini sevdiyi üçün heç kimdən xahiş etmədi ki, mən evdə olmaq istəyirəm. Hətta mənə də dedi ki, ana mən işləmək istəyirəm.

- Almaz xanım, ötən il həm də sevgi etirafları ilə yadda qalmışınız. Sizin “Mən dəmir deyiləm, qadınam. Sevməsən yarada bilmərəm” sözləriniz uzun müddət müzakirələrə səbəb oldu. İndi sevgi həyatınız hansı mərhələsindədir?

- Mən sevib sevilən qadınam. Sevilməyi sevirəm. Və ən əsası sevilirəm. Sevgi dolu qadınam. Bütün qadınlara sevgi dolu olmalarını arzu edirəm. Təsəvvür edin ki, bir qadın qaraqabaqdır və üzündən zəhrimar tökülür. Ona kim baxmaq istəyər? Heç kim! Adam gülərüz insanın yanına getmək istəyər. Təəssüf bütün xanımlar gülərüz deyil, kaş ki, belə olardı.

- Bildiyimə görə, kifayət qədər emosional qadınsınız. Efirdə dəfələrlə emosiyaya qapılıb sözü birbaşa demisiniz. Buna görə heç həmkarlarınızla aranızda problem yaranmayıb ki?

- Emosionalam. Deyirəm... Kimdən qorxacağam ki? Boğazlarından keçməyənlər də olub. Mən heç vaxt durduğum yerdən kiminsə bostanını daşlamıram. Söz atanların cavabını verirəm. Mən başımı aşağı salıb öz işimi görürəm. Mənim heç kəsdən qorxum yoxdur.

- Almaz xanım, qızlarınızın həyatı da oxuculara maraqlıdır...

- Bir söz deyim, heç kəs bu zəmanədə nə qızsız, nə də oğlansız qalıb. İnşallah, mənim balalarım da zamanı gələndə ailə quracaq və xoşbəxt olacaqlar. Allah bütün balalarımızı xoşbəxt eləsin, mənim iki balamı da onların içində. Mən hamının uşağının xoş gününə sevinirəm.

- Sizin üçün sevgidə rəsmiyyət önəmlidir?

- O bir parça kağız çox vacibdir. Ona görə ki, gələcəkdə çox şey ola bilər. Amma iki nəfər bir-birini sevirsə, əlbəttə kağız rol oynamır. Ayrılmaq məsələsi ortaya çıxanda qadının 5 uşağı olsa da, kişi ondan ayrılacaq. Sevirsə, 5 uşaqla da sevəcək. Ona görə də kağızın önəmli olmaması düzgün söhbətdir.

- Sizin ürəyinizi ovlamaq üçün neçə bəy olmaq gərəkdir?

- Ən əsası düzgünlükdür, qarşı tərəf kişi xasiyyətli olmalıdır və əlbəttə ki, işi-gücü olmalıdır, ayaq üstə durmağı bacaran kişi olmalıdır. Ayaq üstə duran dedikdə, söhbət milyonçu olmaqdan getmir. Ayaq üstə durmağı bacaran elə kişi olur. Kişi işləməli, pul qazanmalıdır. Qadın kimi evdə oturmamalıdır.

- Almaz xanım, aktiv yoxsa passiv istirahəti sevirsiniz?

- Elə olub ki, bütün günü divanda uzanmışam. Bununla istirahət etmişəm. Elə də olub ki, səhər tezdən kəndə getmişəm. Çantam çiynimdə bütün günü gəzmişik. Mən ömür boyu gəzməyi sevmişəm. Mən 70 yaşına da çatsam səyahət edəcəyəm.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm