Boğaz iltihabının qarşısını alan üsullar
Bizi izləyin

Tabloid.az

Boğaz iltihabının qarşısını alan üsullar

Boğaz iltihablanmasının qarşısını alan üsullar

Ağzı açıq yatma, xoruldamaq, burun tıxanması, üstü açıq yatma, tərləmə və ağız suyu uşaqlarda badamcıq vəzisinin iltihabına zəmin yaradır.

Əgər yüksək temperatura, halsızlıq, yorğunluq, qidalanma problemləri, ürək bulanması, qusma, qulaq ağrısı, qulaq infeksiyası və iltihablı burun axıntısı varsa, bunlar artıq badamcıq vəzisi iltihabının ilkin əlamətləridir.

Tabloid.az Qulaq, burun, boğaz həkimi Həsən Yılmazın badamcıq vəzisinin iltihabı ilə bağlı verdiyi maraqlı açıqlamalarını təqdim edir:

O, xüsusilə soyuq havanın təkan verdiyi bu hücumlardan qorunma yolları və müalicə üsulları haqqında məlumat verib.

Havasız və qapalı mühitlər badamcıq vəzinin iltihablanmasına təkan verir

Soyuq hava səbəbindən qapalı və havasız mühitlərdə uzun müddət vaxt keçirmək xəstəliklərə impuls göndərir və onların asan yayılmasını təmin edir. Məsələn, bağçaya gedən uşaq bu xəstəliyə yoluxubsa, bu xəstəliyin evdə hər kəsə yoluxması ehtimalı artır. Qış aylarında günəşin daha az çıxması və soyuq havanın təsirindən qapı-pəncərəni bağlı saxladığımız və istilik sistemləri çalışdığı üçün mikroblar daha tez çoxalır və asanlıqla yayılır. Xüsusilə qış mövsümündə vüsət alan badamcıq vəzisi iltihablanmasına diqqət edilməlidir.

Badamcıq vəzisi iltihabından qorunmağın yolları

Uşaqları badamcıq vəzisi iltihabından qorumaq üçün immun sistemlərinin gücləndirilməsi lazımdır. Bunun üçün həkim aşağıdakı tövsiyələri verir:

Bol maye istehlakına əhəmiyyət verin. Qışda da uşağın çox su içməsini təmin edin.

Qidalanmasına diqqət edin. Portağal, naringi kimi mövsüm meyvələrini istehlak etməsini təmin edin. Yaşıl tərəvəzləri də mütləq qida rasionuna əlavə edin.

Xəstə insanlarla yaxın təmasda olmasına icazə verməyin. Xüsusilə soyuqdəymə və qripli insanlardan uzaq dayanmasını, onlarla öpüşüb, qucaqlaşmasının qarşısını alın. Başqa insanlarla dəsmal, stəkan, dəsmal kimi əşyaları ortaqlı istifadə etməsini qadağan edin.

Asqırarkən ağıza əl aparılmadan, mümkünsə bir salfetlə tutmasına diqqət göstərin.

Qapı dəstəyinin təmiz olmasına diqqət edin.

Otaqların havasını tez-tez dəyişin.

Kondisionerlərin filtrlərini təmizlədin.

Uşaqlarda qızdırma, halsızlıq, inciklik və qidalanma problemləri ilə yanaşı ürək bulanması, qusma, qulaq ağrısı müşayiət olunursa, mütləq mütəxəssisə müraciət edin.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm