2015-ci ilin mətbəx mebel dəbi - Fotolar
Bizi izləyin

Tabloid.az

2015-ci ilin mətbəx mebel dəbi - Fotolar

2015-ci ilin mətbəx mebel dəbi

Adətən, günün yorğunluğunu üzərimizdən dadlı yeməklə, pürrəngi çayla atırıq. Həyatımıza sevinc qatacaq şirniyyatları, dadlı yeməyi hazırladığımız məkan - mətbəximiz bu baxımdan bizim üçün çox önəmlidir. Odur ki, evdəki vaxtımızın böyük əksəriyyətini keçirdiyimiz mətbəximizin dekorasiyasında kiçik dəyişikliklər etməklə özümüzü daha yaxşı hiss edə bilərik. Məsələn, müasir mətbəxin modelinin kiçik detalını öz mətbəximizdə tətbiq etməklə bir anda onun havasını dəyişə bilərik. Bilirsinizmi ki, bu ilin mətbəx modelləri həm müasir dizaynları, həm də klassik cizgiləri özündə əks etdirir? İlin trend rəngi isə bənövşəyi, zoğalı, ağ və qara hesab olunur.

Mətbəx dekorasiyanda unutmamağımız vacib sayılan bir neçə zəruri qayda var. Bunlardan ən əhəmiyyətlisi, mətbəxinizin sahəsinin yaxşı hesablanmasıdır. Məhz düzgün hesablamaya görə seçilən mətbəx dəsti yer daralmasına mane olacaq. Əks təqdirdə, mətbəx nə qədər gözəl olsa da, rahat və əlverişli olmayacaq.

Diqqət edilməsi vacib olan digər bir məqam isə rəng seçimidir. Rəng seçimini mətbəxinizi boğmayan rəng tonlarında seçmək lazımdır. Xüsusilə, divar tonu ilə uyğun rənglər seçməlisiniz. Bundan başqa, mətbəxdə istifadə edəcəyiniz məişət avadanlıqları və mətbəx materiallarına də diqqət etməlisiniz.

Soyuducunun böyük və ya kiçik olmasını, paltaryuyan maşını qoyacağınız yeri də mütləq nəzərə alın. Bu halda quraşdırılan mətbəx mebeli sizə problem yaratmayacaq. Evdə əşyası çox olan ailələr üçün mətbəx mebellərində çox gözəl seçim imkanları yaradılıb. Məsələn, çox işlənməyən əşyaları saxlamaq üçün xüsusi yerləri olan qəşəng mətbəx dəzgahları və ya gizli bölmələrə malik mətbəx masaları seçə bilərsiniz. Bu mətbəx modelləri, həm estetik olaraq çox qəşəng görünüşə malikdir, həm də olduqca faydalıdır.

Tabloid.az 2015-ci ilin mətbəx masa dəbinə aid bir neçə nümunə toplayıb.

Biri-birindən fərqli və gözəl olan bu masalara, stul modellərinə mütləq nəzər salmağınızı məsləhət görürük. Əminik ki, bunun mətbəx dekorasiyasına önəm verən xanımlara mütləq faydası toxunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm