Aygün Kazımova dünya səviyyəli yarışmada - Foto
Bizi izləyin

Tabloid.az

Aygün Kazımova dünya səviyyəli yarışmada - Foto

Xalq artisti Aygün Kazımova “Big Apple Music Awards” mükafatlandırma mərasimində nominantlar arasındadır.

Xalq artisti Aygün Kazımova “Big Apple Music Awards” mükafatlandırma mərasimində nominantlar arasındadır. Bu gecə məlum olub ki, dünya səviyyəli mükafatlandırma mərasimində Azərbaycanı Aygün Kazımova təmsil edəcək.

Tabloid.az xarici mətbuata istinadən xəbər verir ki, “Big Apple Music Awards” mükafatı dünya musiqisinə verilən töhfələrinə görə, müxtəlif xalqların ifaçılarına təqdim olunur. Mükafatın təqdimat mərasimi ABŞ-in Nyu York ştatında keçirilir.

Mükafatlar 4 kateqoriya üzrə verilir.

1. Xüsusi mükafatlar

2. Əsas mükafatlar

3. Region mükafatları

4. Milli mükafatlar

Bu il təşkilat komitəsi "Big Apple Music Awards 2015 Golden Edition" adı altında artıq nominantların adlarını açıqlayıb. Nominantlar arasında Ququş, Tarkan, Amir Diab da var.

Azərbaycana dəstək olmaq üçün, mükafatın bu il Azərbaycana gəlməsi üçün "Facebook", "Twitter" və "Instagram" sosial şəbəkələrində #BAMA2015GoldenEdition_Ayg unKazimova haştaqini paylaşmaq gərəkdir.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm