Xatirə sevgilisi olduğu deyilən Rüfətlə əl-ələ - Foto
Bizi izləyin

Tabloid.az

Xatirə sevgilisi olduğu deyilən Rüfətlə əl-ələ - Foto

Tabloid.az Xatirə İslam və Rüfət sevgisindən danışan həmin şəkli təqdim edir:

Müğənni Xatirə İslam yenə də həmkarı Rüfət Axundovla göründü. Tabloid.az xəbər verir ki, adı sözügedən şəxslə tez-tez hallanan Xatirə İslam sanki izləyicilərinin acığına Rüfətlə əl-ələ şəklini paylaşıb. Sanki kimisə qısqandırmaq istəyirmiş kimi şəkilaltı da yazıb: “Görün, Rüfət necə maşınla gəlib mənim dalımca”.

Deyəsən, müğənni hələ bilmir ki, qadının dalınca əri, sevgilisi gələr. Görəsən, Rüfət bu dəfə hansı sifətlə gəlib Xatirənin dalınca? Xatirə bu şəkildən sonra da “dostuq” desə, heç kim inanmayacaq. Bəlkə də müğənni bilərəkdən belə edir. Yəni, “siz mənə yox, şəkillərə inanın”,- deyir.

Xatırladaq ki, “Space” telekanalında yayımlanan “Gündəlik” verilişində aparıcı Vüsalə Kərimova müğənni Xatirə İslama “Rüfət Axundov ilə Xatirə İslam sevgilidir” xəbərinə münasibət öyrənmək istəyərkən ifaçı studiyanı tərk edərək getmişdi. Dünən teleaparıcı Vüsalə Kərimovanın işdən azad olunması barədə xəbər yayıldıqdan sonra məhz sözügedən veriliş qalmaqalında Xatirə izi axtaranlar da oldu. Bu məsələyə münasibət bildirməyən Xatirə İslam əsəbi olduğunu, onu bir neçə gün “yola verməyi” xahiş etdi. Bugünkü şəkil belə deməyə əsas verir ki, Xatirənin əsəbiliyi həqiqətən bu sevgi məsələsi ilə bağlı olub və Rüfət artıq onun könlünü bu sürprizlə alıb.

Tabloid.az Xatirə İslam və Rüfət sevgisindən danışan həmin şəkli təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm