Seks zamanı soyunmaq vacibdir?
Bizi izləyin

Tabloid.az

Seks zamanı soyunmaq vacibdir?

Sekslə məşğul olmaq üçün soyunmaq vacibdirmi?

Sekslə məşğul olmaq üçün soyunmaq vacibdirmi? Üzərinizdə paltarlar varkən seksdən zövq almağınız mümkündürmü?

Bütün bu suallara mütəxəssislər “bəli” cavabını verirlər.

Seks deyildikdə ağlımıza ilk öncə çılpaqlıq gəlir. Ancaq seksopatoloqlar seks həyatına rəng qatmaq istəyənlərə paltarları soyunmadan sevişməyi məsləhət görürlər.

Tabloid.az xarici mətbuata istinadən xəbər verir ki, “The Good Girl's Guide to The Bad Girl's Sex!” adlı bestsellerin müəllifi, psixoloq Barbara Kislinq daha xoşbəxt seks həyatı arzulayanlara maraqlı məsləhət verir. O, yazır: “partnyorunuza onu təəccübləndirən bir təklif edin. Sanki sekslə məşğul olmağınız qadağanmış kimi davranın və soyunmadan sevişin. Onun qulağına ehtiraslı sözlər pıçıldayın”.

Geyimlər üzərinizdəykən baş tutan cinsi əlaqə zamanı da orqazm olmaq mümkündür. Ancaq həm qadının, həm də kişinin orqazm olması üçün daha çox vaxt tələb olunacaq. Bu isə xüsusilə qadınlar üçün ələ keçməz fürsətdir. Partnyorunuzun ehtiraslı və romantik toxunuşlarının, öpüşlərinin dadını çıxarın.

Tanınmış seks terapevtlərindən olan Lori Bökley seks deyiləndə ağlına ilk öncə soyunmaq gələn cütlüklərin seks həyatlarının çox monoton olduğunu bildirir. Bu cütlüklər arasında aparılan sorğu zamanı bir müddət sonra onların həyəcan və ehtiras hissini itirdikləri üzə çıxıb.

Amma paltarlarını çıxarmadan bir-birinə zövq verməyi düşünən cütlükləri o an həyəcan basır və yeni tanış olduqları vaxtlardakı kimi bir-birlərini yenidən kəşf etməyə çalışırlar.

Belə seks normal cinsi əlaqədən daha çox həyəcan və həzz vəd edir.

Partnyorunuza əlləriniz, ağzınız və nəfəsinizlə inanılmaz həzz yaşada bilərsiniz.

İnsanları ən çox təhrik edən və orqazm olmalarını təmin edən cinsi orqanlar deyil, xəyal gücüdür. Siz də təxəyyülünüzü hərəkətə gətirin və həm özünüz, həm də partnyorunuz üçün illuziyalar yaradın.

Paltarla sekslə məşğul olmağın bir digər üstünlüyü isə yer və zaman məhdudiyyətinin olmamasıdır. Çünki bu tip cinsi əlaqə üçün yataq otağınızda ya da evinizdə olmağınız vacib deyil. Paltarlarınız üzərinizdə olduğunuz üçün biabır olmadan istədiyiniz hər yerdə sekslə məşğul ola bilərsiniz.

Hətta partnyorunuzla birlikdə getdiyiniz bir ziyafətdə onu bir küncə çəkin, öncə ehtiraşlı öpüşlərə qərq edin, sonra isə paltarlarınızı çıxarmdan sevişin. Bu sizin üçün unudulmaz bir ana çevriləcək.

Mütəxəssislər bildirirlər ki, paltarlı seks zamanı daha çox həzz almaq üçün yumşaq, sürüşkən parçalardan hazırlanan geyimlər geyinmək lazımdır.

İpək parçadan hazırlanan geyimlər bir-birinizə toxunduğunuz zaman daha çox həyəcanlanmağınıza səbəb olacaq.

Seksopatoloqlar bildirirlər ki, partnyoru təhrik etməyin ən yaxşı üsulu nəfəsdən istifadə etməkdir. İsti və soyuq nəfəslərlə onu unudulmaz həzz dalğalarında boğa bilərsiniz.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm