Hansı vitaminlər kökəlməyə səbəb olur?
Bizi izləyin

Tabloid.az

Hansı vitaminlər kökəlməyə səbəb olur?

Bəzi vitaminlər tez acmağımıza və ya bədənin yağ toplamasına kömək etdiyi üçün kökəlməyə səbəb olurlar

Bədənimizin sağlam olması üçün vitaminlər vacibdirlər. Onlar təklikdə bədənə enerji vermədikləri üçün kökəlməyə səbəb ola bilmirlər. Ancaq elə vitaminlər də var ki, tez acmağımıza səbəb olur. Həmin vitaminlər bədənin yağ toplamasına, nəticədə isə kökəlməyə səbəb olurlar.

Bəs, bunlar hansı vitaminlərdir?

Kökəlməyə səbəb olan vitaminləri tanımaq hər kəs üçün faydalıdır. Çünki arıqlamaq istəyənlər bu vitaminləri daha az qəbul edəcək, kökəlmək istəyənlər isə əksinə, tərkibində kökəldən vitaminlər olan qidaları daha çox yeyəcəklər.

Tabloid.az kökəlməyə səbəb olan vitaminləri təqdim edir:

C vitamini

Bu vitamin maddələr mübadiləsinin daha yavaş işləməsinə səbəb olur. C vitamini baxımından zəngin qidalar qəbul etmək sağlamlıq üçün çox faydalıdır. Ancaq diqqətli olmasanız, bu vitamin çəki artımına səbəb ola bilər. Gündəlik C vitamin həddini aşmamağa çalışın. İki ədəd portağal sizin gündəlik C vitamini ehtiyacınızı tamamilə ödəyir. Bu vitamin suda əriyərək bədəndə qalmadığından gündəlik qəbul etmək lazımdır.

B qrupu vitaminləri:

B qrupu vitaminləri iştahı açdığından kökəlməyə səbəb olur. Xüsusilə də, B1 vitamini kökəlmək istəyənlərə tövsiyə edilir. İdeal çəkisini qorumaq istəyənlər həmin vitamini həddən artıq qəbul etməməyə çalışmalıdırlar.

D vitamini:

Sümüklərin ən böyük dostu olan D vitamini təəssüf ki, kökəldən vitaminlər sırasındadır. Sümük əriməsi və raxidlik kimi xəstəliklərdən qorunmaqda çox faydalı olan D vitamini yağda həll olunur. Ona görə də bu vitamin bədəndə uzun müddət qalır. Gündəlik olaraq qəbul edilməsi vacib deyil. Onsuz da çox az qidada D vitamini var. Bu vitamin almağın ən yaxşı yolu günəş şüaları qəbul etməkdir. Beləliklə, yay aylarında kökəlmə riski daha çoxdur. Xüsusilə də, saatlarla çimərlikdə günəşlənənlər kökəlməyə məhkumdurlar.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm