• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Pəhriz saxlamadan arıqlamağın üsulları

Pəhriz saxlamadan arıqlamağın üsulları

Pəhriz saxlamaq, dadlı qidalardan əl çəkmək bəzən əzaba çevrilə bilir.

Bəs, pəhriz saxlamadan arıqlamaq mümkün deyil?

Tabloid.az kiçik tədbirlər görərək qısa zamanda arıqlamağınıza kömək edəcək məsləhətləri təqdim edir:

Yeməklərdən sonra qəhvə için

Yeməklərdən sonra qəhvə içmək kökəlməyinizin qarşısını alır. Xüsusilə, türk qəhvəsi və espresso arıqlamağa kömək edir. Qəhvənin içərisinə süd və şəkər tozu əlavə etməyin.

Bu üsulla yediyiniz xörəyin tərkibindəki kalorilərin 10 faizi bədəndən atılar.

Soyuq havada yeriyin

Soyuq havaları sevmək üçün ən yaxşı səbəblərdən biri də arıqlamğa kömək etməsidir. Soyuq havada 30 dəqiqə piyada yerimək, normal havada eyni müddətdə qaçmaqdan daha çox kalori xərcləməyinizə səbəb olur.

Gündə 3 dəfə və ya daha çox yeyin

Bəzi insanlar gündə 1 və ya iki dəfə yemək yeyirlər. Bu sağlamlıq üçün zərərlidir. Mədənin işini çətinləşdirən və orqanizmin vitamin, minerallarla təmin edilməsinə mane olan bu üsuldan vaz keçin. Rahatlıqla 3 dəfə və ya daha çox yemək yeyə bilərsiniz. Kökəlməyinizə səbəb 3 dəfə yemək yeməyiniz deyil, çox kalorili qidalar seçməyinizdir. Az-az yeyin, daha az kalorisi olan qidalar seçin, sağlamlıq üçün faydalı olan meyvələrlə menyunuzu zənginləşdirin. Hətta gündə iki dilim tam taxıl çörəyi də yeyə bilərsiniz.

Qırmızı pul bibər və soyuq sudan faydalanın

İsti suyun arıqlamağa kömək etdiyini bilirik. Ancaq soyuq su maddələr mübadiləsini daha çox sürətləndirir.

Eyni şəkildə qırmızı istiot da bədənə istilik verərək oturduğunuz yerdə kalori xərcləməyinizə səbəb olur. Yeməklərə əlavə edəcəyiniz 1 çay qaşığı qırmızı istiot xörəyin tərkibindəki kalorinin 12-20 faizini dərhal xərcləməyinizə kömək edir.

Kaloriləri tənzimləyin

Çox kalorili bir yemək və ya şirniyyat yedikdə o gün başqa yüksək kalorili heç nə yeməməyə çalışın.

"Onsuz da pəhrizi pozmuşam, bunu da yesəm, heç nə olmaz", deyə düşünməyin.

Oturmayın, musiqiyə səs verin

Ev işlərinizi görərkən oturmaq əvəzinə ayaqda qalmağa çalışın.

Xüsusilə yemək bişirərkən və ütü ütüləyərkən ayaqüstə qalmaq çox faydalıdır. Bu zaman radioda və ya telefonunuzda seçdiyiniz hər hansı bir mahnı da kalori atmağınıza kömək edə bilər. Çünki ayaqüstü iş görərkən rəqs etməyə meyilli oluruq. Musiqi həm yüksək əhval-ruhiyyə ilə iş görməyinizə, həm də kalori xərcləməyinizə kömək edəcək. Beləliklə, gündə 100 kalori xərcləmiş olacaqsınız.

Bütün bunların hamısına hər gün əməl etsəniz, pəhriz saxlamadan gündə 300 kalori xərcləyə bilərsiniz.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR