Madonna bu il “Qremmi”də səhnəyə çıxacaq
Bizi izləyin

Tabloid.az

Madonna bu il “Qremmi”də səhnəyə çıxacaq

Tədbirə qatılmaq üçün müğənni artıq bir neçə kostyum da sifariş edib.

Amerika pop musiqisinin kraliçası Madonna bu il “Qremmi” mükafatlandırma mərasimində çıxış edəcək. Xəbəri ilk olaraq amerikalı müğənni özü sosial şəbəkədə paylaşıb.

Ehtimal olunur ki, müğənni 2015-ci ildə ilk dəfə səhnə aldığı mötəbər tədbirdə “Living for love” mahnısını ifa edəcək. Bu həm də ifaçının 10 mart işıq üzü görəcək “Rebel Heart” albomunun tanıtımı naminə atılacaq adım olacaq.

Tədbirə qatılmaq üçün müğənni artıq bir neçə kostyum da sifariş edib.

Qeyd edək ki, 57-ci dəfə baş tutacaq “Qremmi” fevralın 8-də olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm