Qadın cinsiyyət orqanına təhlükə yaradan 4 hərəkət
Bizi izləyin

Tabloid.az

Qadın cinsiyyət orqanına təhlükə yaradan 4 hərəkət

Qadın cinsiyyət orqanına təhlükə yaradan 4 hərəkət

Qadınlar üçün uşaqlıq yolunun sağlamlığı olduqca əhəmiyyətlidir. Fərqinə varmadan gün ərzində edilən bir çox hərəkət uşaqlıq yoluna zərər verə bilər. Tabloid.az qadın cinsiyyət orqanı üçün təhlükəli olan vərdişləri təqdim edir:

Sabun və ya duş gel çox istifadə etmək

Sabun kimi təmizləyici məhsullar uşaqlıq yolu dodaqlarının qıcıqlanmasına səbəb ola bilər. Tərkibində ətir və ya rəngləndirici olmayan sabunlar belə uşaqlıq yolunuda qaşınma və yanma hissi yarada bilər. Bundan başqa, duş köpüklərinin, hamam duzlarının da tərkibindəki kimyəvi maddələr sabun kimi uşaqlıq yolunun qıcıqlanmasına səbəb ola bilər. Vaginal sağlamlığınız üçün çox sevdiyiniz hamam duzlarından uzaq durmağa çalışın.

Vajinanız için tehlikeli 4 hareket!

İdmandan sonra alt paltarlarımızı dəyişdirməmək

İdmandan sonra tərdən nəmli hala gələn su keçirməz idman paltarları bakteriya istehsal edir və uşaqlıq yolu sağlamlığınız üçün böyük risk daşıyır. Bakteriyalar uşaqlıq yolu kanallarına çatarsa, uşaqlıq yolunun mikroflarasını pozur və infeksiyaya səbəb olur. İdmandan sonra dərhal tərli və yaş paltarları çıxarıb duş almaq infeksiyaya yoluxmaq riskini azaldır.

Vajinanız için tehlikeli 4 hareket!

Velosiped sürərkən su keçirməz paltar geyinməmək

Velosipedə mindikdə uşaqlıq yolu dodaqlarında yanma və ağrı hissi edirsiniz? Velosipedin oturacağına oturduqdan bir müddət sonra qasıqdakı qan damarları sıxılmağa başlayır və bunun nəticəsində uşaqlıq yolunda ağrı hiss edirsiniz. Bunun qarşısını almağın ən sadə yolu velosipedə minən zaman xüsusi istehsal edilən alt paltarları geyinməkdir.

2012-ci ildə Yel universitetində aparılan tədqiqat zamanı məlum olmuşdu ki, velosiped oturacağı sükandan daha yüksək mövqedə yerləşəndə qadınların uşaqlıq yolu zərər görür. Odur ki, velosipedə minməzdən əvvəl oturacağı özünüzə uyğun mövqeyə gətirin.

Vajinanız için tehlikeli 4 hareket!

Körpə yağından istifadə etmək

Vaginada quruluğu aradan qaldırmaq üçün körpə yağından istifadə edirsiniz? Əgər siz də bu səhvi edirsinizsə, çox diqqətli olmalısınız. Yağın tərkibli qatı konsistensiyada olduğu üçün uşaqlıq yolundan asan təmizləmir. Beləliklə, uşaqlıq yolu kanallarını tıxayan yağlar infeksiyaya da səbəb ola bilər. Körpə yağı yerinə silikon ya da su əsaslı kremlər də istifadə etmək olar. Bu tip sürüşkənləşdirici məhsullar uşaqlıq yolunuzdan çox daha asan təmizlənir və uşaqlıq yolu sağlamlığınız üçün daha yaxşıdır.

Otacı Zeytinyağlı Bebe Yağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm