• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Yeni ana olan Skarlet Yohansonun sirləri - Fotolar

Yeni ana olan Skarlet Yohansonun sirləri - Fotolar

Dünyaca məşhur cazibədar aktrisa Skarlett Yohanson ana olduqdan sonra ilk müsahibəsini “Marie Claire” jurnalına verib.

Tabloid.az gözəl ulduzun şəxsi sirlərini açıqladığı həmin müsahibəni təqdim edir:

Xəyalımdakı axşam yeməyi dəvəti

İstəyərəm ki, süfrədə Bett Deyvis, Devid Boui olsun.

Ən böyük xoşbəxtliyim…

Ailəmlə vaxt keçirmək və “Key Lime Pie” yemək.

Qarderobumdakı vaz keçilməz geyim…

Qara və yüksək belli cins şalvarım

Özümü yaxşı hiss etməyimə səbəb olan mahnı…

House of Painin “Jump Around” mahnısı.

Mənə görə sonu ən yaxşı şəkildə bitən film...

“Vətəndaş Kane” filmi.

Hər qadının həyatında bir dəfə də olsa sınaqdan keçirtməli olduğu şey...

Akupunktur.

Xəyalımdakı tətil

Üç aylıq Hindistan səfəri

Bu günə kimi mənə verilən ən yaxşı məsləhət…

“Sevimli Xala” filmində Rosalinda Russalın dediyi: "Yaşa! Həyat bir mərasimdir və bir çox adam romantik aclıqdan ölür" sözünü heç unutmuram.

Bu günə qədər mənə verilən ən gözəl hədiyyə…

Vudi Allenə aid eynək.

Etməli olduqlarım siyahısında ən başda yazdığım cümlə…

"Hərəkətə keç!"

Ən çox həzz aldığım fəaliyyət

Uzun və rahatlaşdırıcı bir hamam keyfindən sonra yatmaq.

Televiziyada mütəmadi olaraq izlədiyim verilişlər və seriallar…

“House Hunters International” və təkrar yayımlanmağa başlayan “I Love Lucy”.

Mənə ən çox lazım olan şeylər…

Nəmləndirici kremlər, bir stəkan su, ceb telefonum, əmizdirən analar üçün “La Leche League” adlı kitab və “Dolce&Gabbana”nın “The One” ətri.

Ağlamağıma səbəb olan insanlar və hallar…

Dalğınlığım və bacımın həddindən artıq romantik olması.

Məni ən çox güldürən insanlar…

Sevgilim Romen Doriak və Luiz C. K.

Qəhrəmanlarım…

Yardım vəqfləri üçün könüllü işləyən insanlar və Elizabet Uarren.

Karaokedə oxuduğum mahnı…

"New York State of Mind".

Qazandığım ilk pul…

Balaca olanda ailəmə bilet sataraq pul qazanmışdım. Həmin pulu otağımın divarından asmışdım.

Kaş gənc olanda ağlıma gəlsəydi dediyim fikir…

Təbii ki, “Apple” şirkətinə sərmayə qoymaq.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR