• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Müğənnilərimiz “Üzeyirləşir”

Müğənnilərimiz “Üzeyirləşir”

"Üzeyirə məsləhət verənlər "Üzeyirləşir"". Bu fikir təşkilatçı Samir Xəttaba aiddir. Belə ki, təşkilatçı və Üzeyir Mehtizadənin keçmiş prodüseri Samir Xattab əvvəllər Üzeyir Mehtizadəni tənqid edənləri indi onu təkrarlamaqda ittiham edib.

"Son zamanlar statusundan asılı olmayaraq, sənətçilər Üzeyir Mehtizadənin stilində oxuyur. Belə ki, bir vaxt irad tutduqları Üzeyirin musiqilərindəki ritm və səslərdən geniş istifadə etməyə başlayıblar. Hətta bir zamanlar onun mahnılarının sözlərini bəyənməyənlər, indi kütləvi şəkildə o sözlərdən istifadə edirlər. Nə oldu Üzeyir oxuyanda aranjeman bayağı idi, amma, siz oxuyanda peşəkar oldu? Bunları bu gün deyirəm ki, sabah gec ola bilər. Çünki Üzeyir Mehtizadənin janrının oğurluğu baş verir. Bir gün baxacağıq ki, kimsə bu janra yiyələnib. Sonda onu demək istəyirəm ki, mən Azərbaycanın adını dünyanın bir çox ölkələrində tanıdan, saysız hesabsız konsertlər verən, xaricə toydan çox konsertlərə gedən, xarici ölkələrdə stadionları dolduran, inqilab edib yeni janr yaradaraq ardınca kütlə aparan Üzeyir Mehtizadədən danışıram. Arzu edirəm ki, hər bir sənətçimiz yad ölkələrdə belə sevilsin”.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR