• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Onunla bir gün keçirmək üçün həyatımdan 10 ili silərəm” - Fotolar

“Onunla bir gün keçirmək üçün həyatımdan 10 ili silərəm” - Fotolar

“Bir insan bu qədər yaraşıqlı ola bilməz”, “Bu adam çıxıb mən yad planetliyəm, desə, heç təəccüblənmərəm”, “Onunla bir gün keçirmək üçün həyatımdan 10 ili silərəm” – sosial şəbəkədə yazılan bu tipli şərhlər Türkiyənin ən yaraşıqlı aktyorlarından Çağatay Ulusoyun fanatlarının ona qarşı olan sevgisinin böyüklüyündən xəbər verir.

“Baby face” deyə adlandırılan simpatik siması, əzələli bədəni, uzun boyu və qızların ağlını başından alan baxışları ilə Çağatay Ulusoy son illərin ən populyar aktyorlarından olmağı bacarıb.

Gənc qızların ən sevimli aktyorlarından olan Çağatay əvvəlcə modellikdə özünü sınayıb və bir çox uğurlar əldə edib. Buna baxmayaraq, daha sonra özünü aktyor kimi görmək istəyib. Maraqlısı odur ki, Çağatay burada daözünü təsdiqləyib. Çağatay Ulusoy bizim tamaşaçılara “Adını Feriha koydum” və “Medcezir” seriallarından tanışdır.

Qeyd edək ki, aktyor sadəcə yaraşıqlılığı ilə deyil, yaşadığı eşq macəraları ilə də gündəmə bomba kimi düşüb. Çağatay əvvəlc özündən yaşca xeyli böyük olan meneceri ilə, daha sonra da cazibədar aktrisa Serenay Sarıkaya ilə çılğın sevgi romanı yaşayıb.

Gah ayrılıb, gah da barışan Serenayla Çağatay hələ də eyni serialdadır və öpüşmə səhnələri ilə tez-tez müzakirə mövzusuna çevrilirlər.

Son günlərdə isə yaraşıqlı aktyor “Victorias secret”in mələyi Culia Ordon ilə birgə fotosessiya ilə gündəmdədir.

Dünyanın ən cazibədar modellərindən olan Culianın da ağlını başından alan Çağatay bu yaxınlarda “Elle” jurnalına müsahibə verib.

Şəxsi həyatı ilə bağlı maraqlı məqamlardan danışan ulduz bəyəndiyi qadın tipini də açıqlayıb. Tabloid.az-ın “Şirin söhbət” layihəsində bu dəfə qonağımız Çağatay Ulusoydur.

Bəyənilmək üçün xarici görkəm kifayət deyil

- Necə bir uşaqlıq keçirmisən?

- Atam Bolqarıstan immiqrantı, anam boşnaqdır. Bir-birlərinə bağlı, qohumluq əlaqələri güclü olan, böyük bir ailədə böyümüşəm. Məni vicdanlı bir övlad kimi yetişdirməyə çalışıblar. Ailədə bir çox yaşıdımın olması uşaqikən həddən artıq hiperaktiv olmağımın əsas səbəbidir. Yaxşı ki, bir müddət sonra enerjimi idmana yönəltmişəm. Uşaqlığımı dolu-dolu yaşamışam, vaxtımın çoxunu küçədə keçirdiyim üçün çox xoşbəxtəm.

- Xarici görünüş və xarakter olaraq kimə oxşayırsan?

- Daha çox atama oxşadığımı deyirlər. Mən də atama oxşadığımı düşünürəm. Xasiyyətim isə anama bənzəyir.

- Ən çox hansı xasiyyətini bəyənirsən?

- Sakit və gülərüzlüyəm.

- Ən çox nədən qorxursan?

- Nəyisə istəyib, edə bilməməkdən. Məsələn, aktyor olmaq litsey illərindən bəri xəyalım idi. Həyata keçirə bilməsəydim, çox üzülərdim.

- Çətin vaxtlarda ən çox kiminlə dərdləşirsən?

- Ailəmlə, yaxın dostlarımla. Təəssüf ki, ailəmi həftədə 1 dəfədən artıq görə bilmirəm.

-Əvvəllər hansısa aktyorun fanatı olmusan?

- Çox yaxşı xatırlayıram, mənim 10-11 yaşım olanda “Dəli ürək” adlı serial gedirdi. Onu izləyirdim və Kənan İmirzalıoğlunu çox bəyənirdim. İndi də çox hörmət etdiyim və bəyəndiyim aktyorlardan biridir.

- Səni əvvəl model kimi tanıdıq, sonra seriallarda gördük. Aktyorluq dərsləri almısan?

- Aktyor olmaq fikri məni həmişə düşündürürdü. “Best Model” yarışmasında iştirak etdikdən sonra təkliflər gəldi. Türkiyədə daha çox seriallar çəkilir. Mən də özümü inkişaf etdirmək üçün dərslər almağa başladım. Çünki yalnız xarici görünüş kifayət deyil. Mən gördüyüm hər işi ən yaxşı şəkildə icra etmək istəyirəm, bunun üçün əmək sərf etməli olduğumu bilirəm.

- Bəs, kinoya çəkilmək istəyirsən?

- Bu il “Ay yapım” şirkəti ilə elə bir layihəm var. Yaz aylarında çəkilişlər başlayacaq. Əslində işlərə indidən başlamışıq. Filmin rejissoru “Medcezir”də bizimlə olan Ali Bilgindir. Oynayacağım yeni rol üçün indidən dərslər almağa başlamışam. Bu işdə də müvəffəqiyyət qazanacağıma inanıram. Yaxşı iş əmək tələb edir. Özümə və işimə hörmətim var. Məni izləyən və dəstəkləyən insanlar üçün öz üzərimdə işləyirəm.

Tənqidlər gözümü qorxutmur

- Tənqidlərdən qorxursan?

- Əksinə, tənqidin faydalı olduğunu düşünürəm. Həmişə məni sevən, dəstəkləyən təqibçilərimin yazdıqları şərhləri və tənqidləri oxuyuram. Deyilənləri diqqətə almağa çalışıram.

- Bu günə kimi sənə edilən ən təsirli, ən xoşuna gələn kompliment hansı olub?

- Əslində bu mövzuda bir az utancağam. Belə məsələlərdən danışmağı sevmirəm. Ancaq etiraf edim ki, bəyənilmək çox yaxşı hissdir. Nəticədə işim elədir ki, insanların məni bəyənməsi böyük əhəmiyyət təşkil edir. Bəyənməsələr, təkliflər də gəlməyəcək.

Sevdiyim qadını qısqanaram

- Bir qadını hansı xüsussiyyətlər daha cazibədar edər?

- Yalnız qadın-kişi münasibətlərində deyil, dostluqda da səmimiyyətə əhəmiyyət verirəm. Mənə səmimi qəlbdən yaxınlaşan biri ilə dost ola bilərəm. Səmimi olmayan qadın, dünya gözəli də olsa, diqqətimi çəkə bilməz.

- Şorgözsən?

- Hamı elə bilir ki, şorgözəm. Amma əsla elə deyiləm. Üstəlik, həyatımda kimsə varsa, gözüm başqa heç kimi görməz. Mən eşqə inanıram, heç vaxt xəyanət etmərəm.

- Necə qızlardan xoşun gəlir?

- Sadə, gülərüzlü, zarafatcıl qızları bəyənirəm. Bəzən sakit, bəzən də çılğın olan qızlardan xoşum gəlir. Çox makiyaj edən və özünü fərqli göstərməyə çalışan qızları bəyənmirəm.Çox qısqancam və düşünürəm ki, o, mənim qısqanclığıma dözməlidir. Ümumiyyətlə, sevdiyini qısqanmayanları başa düşə bilmirəm. Qısqanmamaq nə deməkdir ki?

- Xoşuna gələn qız səninlə sevgili olmaq istəməsə, nə edərsən?

- Mənimlə maraqlanmayan qıza aşiq olmaram. Amma doğru insan olduğuna inansam, dalınca sürünərəm.

- Sehirli çubuğun olsa, qızların hansı xüsusiyyətlərini yox edərdin?

- Hər şeyi səhv başa düşməklərini.

- İlk baxışdan məhəbbətə inanırsan?

- Yox, inanmıram. Məncə, vaxt keçdikcə qarşındaki insanı tanıyıb onun səni cəlb edən xüsusiyyətlərinə aşiq olursan. Ancaq çox yaxın dostların sevgili ola biləcəklərinə inanmıram.

- Yaşadığın sevgi macəraları sənə nə öyrədib?

- Hesab edirəm ki, buna cavab verməyim düz deyil. Çünki sevgi haqqında hələ çox az şey bilirəm. Qarşıda məni bir ömür gözləyir.

- Ailə qurmaq, evlənmək haqqında planların var?

- Məncə bunları düşünmək üçün hələ çox tezdir. İndi ancaq işimi və kariyeramı düşünürəm. Amma böyüdüyüm ailə mənim üçün yaxşı bir nümunədir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR