Röya elçilik statusundan narazıdır
Bizi izləyin

Tabloid.az

Röya elçilik statusundan narazıdır

Müğənni Röya bu yay keçiriləcək ilk Avropa Oyunları üçün avarçəkmə üzrə ulduz elçi olacaq. Lakin bu elçilik, deyəsən, Röyanın heç ürəyindən olmayıb.

Müğənni Röya bu yay keçiriləcək ilk Avropa Oyunları üçün avarçəkmə üzrə ulduz elçi olacaq. Lakin bu elçilik, deyəsən, Röyanın heç ürəyindən olmayıb.

Tabloid.az xəbər verir ki, avarçəkmə üzrə ulduz elçi olacağı Röyanın ürəyinə qabaqcadan damıbmış. Bəs, görəsən, müğənnini narahat edən nədir?

Röya Ayxanın özü bununla bağlı artıq bir neçə versiya ortaya atıb. Bunun birincisi məsafə uzaqlığıdır: “Düz iki gecə öz-özümə dedim, mənə avarçəkmə çıxacaq və uzaq yerə düşəcəyəm. Çıxdım səhnəyə və əlimi atıb “avarçəkmə” çıxartdım. Mingəçevir, məni tək buraxma”.

Müğənnini sözlərinə görə, onun heç ulduz elçisi olacağı idman növündən də xəbəri yoxdur: “Səfir seçilsəm də, avarçəkmədən xəbərim yoxdur. Deyirlər, su ilə bağlı idman növüdür. Mən isə sudan çox qorxuram. Bağlarımda hovuzların hamısı 1.50 metrdir. Boyum isə 1.65 metrdir. Suya girəndə dibə batmıram”.

Məsafə uzaqlığı və avarçəkmə barədə eşitmədiyi bir yana, Röya vaxt qıtlığından da şikayətçidir. Bir sözlə, Röya min bir bəhanə irəli sürsə də, çarəsizliyi ilə də barışmış görünür: “İşlərimin çoxluğundan vaxtım az olur. Amma çalışacağam, bu işə vaxt ayırım. Bu, dövlətimizlə bağlı bir hadisədir. Çox önəmlidir. İşim nə qədər çox olsa da, mən hər şeyi çatdırmağı bacarıram”.

Röya bu işdə Mingəçevirdəki pərəstişkarlarına böyük ümid bağlayır və bu işdə onlardan dəstək gözləyir. Necə deyərlər, Röya avarçəkməni, Mingəçevir isə Röyaya dəstək verəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm