Tural Bayraməliyev mükafatlandırıldı
Bizi izləyin

Tabloid.az

Tural Bayraməliyev mükafatlandırıldı

Tural Bayraməliyev mükafatlandırıldı

“Zirvədəkilər” mükafatını qazananlardan biri bəstəkar-şair Tural Bayraməliyevdir. Belə ki, bəstəkar bu il hit olan mahnıların müəllifidir. Müğənni Brilliant Dadaşova “Səndən ayrı”, Ayan Babakişiyeva “Səndən sonra”, Aygün Bəylər “Düşündüm”, Yaşar Yusub “Tənha yaşa”, “Sevil və Sevinc bacıları “Eşq dəlisi” və “Ürəyim”, Aysel Əlizadə “Mahnılarda yaşatdım” kimi nəğmələri buna misaldır.

Mükafatı ona xalq artisti Flora Kərimova təqdim edib. Bəstəkarı təbrik edən Flora xanım ona uğurlar arzulayıb, mahnılarının hər zaman hit olmağını və sevilməyini arzulayıb.

Xatırladaq ki, bu, müəllifin yeni təqvimdə aldığı ilk mükafatıdır. Bəstəkar ən böyük layihələrinin təqdimatının bu ilin payına düşdüyünü inamla söyləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm