Orxan Babazadə dünya gözəllərini başına yığır - Fotolar, Video
Bizi izləyin

Tabloid.az

Orxan Babazadə dünya gözəllərini başına yığır - Fotolar, Video

Orxan Babazadə dünya gözəllərini başına yığır

Tanınmış müğənni Orxan Babazadə yeni yazdırdığı mahnısını dinləyicilərinin ixtiyarına buraxıb. Yaxın vaxtlarda mahnının ekran versiyası da tamaşaçılara təqdim ediləcək. Tabloid.az-ın məlumatına görə, “Bahar çiçəyim” adlanan mahnının musiqisi Ceyhun Əliyevə, sözləri teleaparıcı Azər Şirinə, aranjemanı isə Tərlana məxsusdur. Müğənninin sözlərinə görə, böyük bir layihə olacaq klip fərqli üslubda çəkiləcək: “Klipin bəlli bir büdcəsi olacaq. İstər texniki cəhətdən, istərsə də rejissor işi baxımından dünya standartlarına cavab verəcək. Ola bilsin ki, yaradıcı heyət başqa ölkədən dəvət olunsun. Onu da qeyd edim ki, mahnı Türkiyədə arenjeman olunub”.

Orxan Babazadənin sözlərinə görə, sevgiyə həsr olunmuş mahnının klip versiyasında iştirak etmək üçün xarici ölkələrdən modellər dəvət olunacaq: “Modellərin kliplərə çəkilməsi artıq dəb halını alıb. Amma mən bunu dəb xatirinə etməyəcəm. Musiqiyə ahəng qatmaq üçün tanınmış modelləri klipə dəvət edəcəyik. Hesab edirəm ki, klipimdəki qızlar gözəllikləri ilə başqa kliplərdəkilərdən seçiləcəklər”.

Modellərin hansı ölkədən dəvət olunacağına gəlincə, müğənni hələ ki, seçim etmədiyini deyib: “Ola bilsin ki, Afrikadan, İtaliya, ya Rusiyadan model dəvət etdik, hələ bu barədə konkret fikir deyə bilmərik. Hələ ki, seçim edirik, ürəyimə yatan qızlar olarsa, onları da klipimə çəkəcəyəm”.

Qeyd edək ki, illər öncə tanınmış müğənni İradə İbrahimova da eyniadlı mahnını ifa edib. Görəsən, Orxanın ifa etdiyi “Bahar çiçəyim” İradənin "Bahar çiçəyi"ndən populyar ola biləcəkmi?

Orxan Babazadənin fikrincə, onun "Bahar çiçəyi" daha populyar olacaq: “O dövr üçün “Bahar çiçəyim” məşhur ola bilərdi. Ancaq mənim mahnım daha çox tutacaq. Hər halda bunu zaman göstərəcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm