Azərbaycanlı məşhurlar qırmızı xalıda - Fotolar
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı məşhurlar qırmızı xalıda - Fotolar

Azərbaycanlı məşhurlar qırmızı xalıda - aşan olmasa da, çaşanı var

13 məşhur incəsənət nümayəndəsi bu yay keçiriləcək ilk Avropa Oyunları üçün ulduz elçi olacaqlar. Muğam Mərkəzində keçirilən təqdimat tədbirində adları açıqlanan ulduz elçilər qırmızı xalı üzərindən yeriyərək yeni missiyaya başlayıb. Hər biri ayrı-ayrı idman növü üzrə elçilik edəcək ulduzlar qırmızı xalı üzərində özlərini necə hiss edir?

Tabloid.az indiyədək ancaq əcnəbi məşhurların qırmızı xalı üzərindəki ədasına qibtə ilə baxan Azərbaycan oxucusuna öz ulduzlarını qırmızı xalıda təqdim edir:

Teleaparıcı Murad Dadaşov şou-proqramlarda olduğu kimi, xalı üzərində də hoqqa çıxardır. Onun şən əhval-ruhiyyəli jestləri qırmızı xalıda daha qabarıq nəzərə çarpır.

"Planet Parni iz Baku" KVN Teatrının aktyoru Bəhram Bağırzadə və aktyor, "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun üzvü Tahir İmanov sanki qırmızı xalı üzərinə fərqli üz ifadələri nümayiş etdirmək üçün çıxıblar.

“Ok” jurnalının baş redaktoru Zəhra Bədəlbəyli də qırmızı xalı üzərində olmaqdan məmnun görünür. Üzərində qərar tutduğu qırmızı xalıyla həmrəng geyimi və qırmızı rəngin ovqatına uyğun təbəssümü ilə sanki o anın gözəlliyini yaşayır, yaşadır.

Qırmızı xalı Miri Yusifi yaman çaşdırıb. Xalı üzərində yerişindən bilmək olmur ki, bu gələn müğənnidir, yoxsa boksçu? Görünür, qırmızı xalı gözlərini elə qamaşdırıb ki, özünü rinqdə hiss edib.

“Bu şəhərdə” layihəsinin məşhur ulduzları ulduz elçilikdən çox məmnundurlar. Həyatda və səhnədə olduğu kimi, qırmızı xalı üzərində də qoşa addımlayan aktyorların addımlarının ahəngi də eynidir: hər ikisi eyni anda eyni ayaq üzərindən addım atıb. Baxmayaraq ki, biri o birindən öndədir.

Qırmızı xalı üzərində Tünzalə Ağayeva daha möhtəşəm görünür. Bənövşəyi paltarı ilə ayaqlarının altındakı qırmızı xalının yaratdığı rəng ahəngini müğənni özünəməxsus yerişi, ədası və xoş siması ilə tamamlayır.

Tabloid.az qırmızı xalı üzərində boy göstərən tanınmışların şəkillərini təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm