Tabloid.az
Mədəaltı vəz xərçənginə qarşı virus kəşf olundu
Mədəaltı vəz xərçənginin müalicəsində çox mühüm kəşf edilib.
Fransa Milli Sağlamlıq və Tibbi Araşdırmalar İnstitutunun (INSERM) bir qrup alimi xərçəng hüceyrələrini məhv etmək üçün xüsusi dəyişdirilən virusu laboratoriyada və təbii şəraitdə sınaqdan keçiriblər. Ekspertlər hesab edirlər ki, nəticələr yetərincə inandırıcı olub.
Mədəaltı vəzi xərçəngi bu xəstəliyin ən qorxunc tiplərindən biridir. Diaqnoz qoyulan xəstələrin dörddəüç hissəsindən çoxu bir il müddətində dünyasını dəyişir. Yalnız 2 faizi beş ildən sonra salamat qalır. Alimlər xərçəng hüceyrələrini məhv etməyə qabil olan virusun onkolitik inyeksiyasının köməyi ilə müalicə imkanlarını öyrənir. Orqanizmin hüceyrələrini zərərsizləşdirən həmin inyeksiyalar adi dəmrov virusunun müalicəsində səmərəli olub.
Məruzə müəlliflərinin sözlərinə görə, virus sınaq şüşəsində özünü gözlənildiyi kimi aparıb və mədəaltı vəzinin sağlam hüceyrələrinə təsir etməyib. Amma mədəaltı vəzi hüceyrələrinə yayılan xərçəng hüceyrələrində çoxalaraq, onları məhv edib. Sınaqlar laboratoriya siçovullarına yeridilən insan şişi üzərində aparılıb. Cəmi bir dəyişdirilən virus inyeksiyası kimya terapiyası ilə birlikdə şişlərin ölçüsünü gəmiricilərə ziyan vermədən xeyli kiçildib. İkinci inyeksiya virusu neytrallaşdırıb.
Hazırda həmin virusun insanlar üzərində sınaqdan keçirilməsinə heç bir maneə yoxdur. Alimlər yalnız bu işlə məşğul olan təşkilatların icazəsini və kliniki tədqiqatların maliyyələşdirilməsini gözləyirlər.
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı