• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Asenadan İbrahim Tatlıses etirafı: “Onu hələ də...” - Fotolar

Asenadan İbrahim Tatlıses etirafı: “Onu hələ də...” - Fotolar

Məşhur rəqqasə Asena “Kanaltürk”də yayımlanan “2 Səhifə” adlı verilişə qonaq olub. 4 il məşhur müğənni İbrahim Tatlısəslə eşq yaşayan və 2003-cü ildə qalmaqallı şəkildə ayrılan Asena illər sonra etdiyi etiraflarla hər kəsi təəccübləndirib. Tabloid.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Asena hələ də İbrahim Tatlısəsin mahnılarını dinləyir:

"Bir kluba və ya restorana gedəndə bəzi DJ-lər onun mahnısını çalırlar. Onun səsinə və mahnılarına hörmətim sonsuzdur. Çünkü onun bu mövzudakı böyüklüyü müzakirə edilə bilməz. Mən onun mahnılarını hələ də dinləyirəm, hətta oxuyuram da. Yaşadıqlarımızın onun sənəti ilə heç bir əlaqəsi yoxdur. Sənəti ilə özünü ayırmışam. Yaşadığım hər şeyi Allah həvalə elədim. Vecimə deyil. Artıq o haqda düşünmürəm, hətta əsəbiləşmirəm”.

Tabloid.az

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR