Röyanın xoşbəxtliyinə səbəb olan kimdir?
Bizi izləyin

Tabloid.az

Röyanın xoşbəxtliyinə səbəb olan kimdir?

Xalq artisti İlhamə Quliyeva Röya Ayxanla duet oxumaq istəyir, Röya isə Tünzalə Ağayevadan mahnı oxumaq istəyir.

Xalq artisti İlhamə Quliyeva Röya Ayxanla duet oxumaq istəyir, Röya isə Tünzalə Ağayevadan mahnı oxumaq istəyir. Tabloid.az xəbər verir ki, bu barədə Röya açıqlama verib. O, İlhamə Quliyevanın duet təklifinə razılıq verib, Tünzalə Ağayevadan isə razılıq alıb. Sən demə, hamı ulduz elçilikdən danışanda, o, tədbirdə mahnı dərdindəymiş: “Yəqin ki, Tünzalə xanımdan bir mahnı ifa etməyimi istəyərsiniz. Yaxınlaşıb qulağına pıçıldadım. Bu il Tünzalə imzasıyla qonağınız olaram. Hamıya bu uğurlu və çətin yolda uğurlar”.

Röya bir müğənni olaraq özünü “xoşbəxt qadın” hesab edir: “Azərbaycandakı dəyərli, əfsanə olmuş insanlar mənim adımı çəkir. Mənsum İbrahimov bu yaxınlarda dedi ki, Röyaya qulaq asanda dincəlirəm. Brilliant Dadaşova kimi vasvası xanım mənimlə oxumaq istəyir. İlhamə Quliyeva da mənimlə duet ifa edəcəyini dedi. Adama nə lazımdır? Əgər, gözəl bir mahnı olsa, niyə də oxumayım? Ən çox İlhamə xanımla ifa etmək istəyirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm