Ağız qoxusundan xilas olmağın asan üsulu
Bizi izləyin

Tabloid.az

Ağız qoxusundan xilas olmağın asan üsulu

Tabloid.az ağız qoxusunu dərhal yox edən müalicə üsulunu təqdim edir

Ağız qoxusu insanların ən böyük problemlərindən biridir. Çünki sosial həyata pis təsir edir. Ağız qoxusu tibbi bir xəstəlik hesab edilmir. Ancaq dünyada milyardlarla insan bu problemdən əziyyət çəkir.

Apteklərdə ağız qoxusunu aradan qaldıran bir çox məhsul tapılsa da, şəfalı bitkilərlə əldə edilən qarqara suyu daha yaxşı təsir göstərir.

Tabloid.az ağız qoxusunu dərhal yox edən və mütəmadi istifadə etdikdə problemi tamamilə aradan qaldıran müalicə üsulunu təqdim edir:

Tərkibi:

2 yemək qaşığı ada çayı

1 qaşıq limon yağı və ya limon sirkəsi

1 ədəd limon qabığı

2 damcı lavanda yağı

1 litr qaynanmış su

Hazırlanması:

1 litr qaynanmış suya ada çayını, limon yağını (və ya sirkəsini) və rəndələnmiş limon qabığını əlavə edin. 2 damcı lavanda yağını da bura qatıb dəmlənməsi üçün gözləyin.

İstifadəsi:

Bu qarışıqdan istədiyiniz qədər istifadə edə bilərsiniz. Əldə etdiyiniz suyla ağzınızı qarqara edin.

Bu suyu içmək, udmaq olmaz, sadəcə qarqara üçün yararlıdır.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm