Quru üz və əl dərisi üçün iki möhtəşəm maska
Bizi izləyin

Tabloid.az

Quru üz və əl dərisi üçün iki möhtəşəm maska

Üz və əl dərisi qış aylarında quruluqdan əziyyət çəkir

Üz və əl dərisi qış aylarında quruluqdan əziyyət çəkir. Yağlı və normal dərilər üçün nəmləndirici kremlər kifayət etsə də, quru dəri tipinə sahib qadınlar qış aylarında əlavə tədbirlərə əl atmalı olurlar.

Tabloid.az sizi daha gözəl və sağlam dəriyə qovuşduracaq maska reseptlərini təqdim edir:

Üz üçün maska:

1 yumurtanın sarısı, 1 çay qaşığı bal, 1 çay qaşığı yaşıl gil və 4 damcı lavanda yağını qarışdırın. Bu maskanı 20 dəqiqə üzünüzdə saxlayıb ilıq su ilə təmizləyin. Həftədə 3 dəfə bu maskanı tətbiq etmək olar.

Əl üçün maska:

Bunun üçün bizə 5 qram kakao, arı şanı, fıstıq yağı, 40 qram avokado yağı və 50 qram su lazımdır. Onları bir qaba töküb qaynadırıq. Soyuyandan sonra ağzı bağlı, kiçik şüşə qaba töküb istifadə edə bilərik. Bu kremi özünüzlə hər yerə apara bilərsiniz. Gün ərzində 4-5 dəfə masaj etməklə çəkmək lazımdır.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm