Günay Musayeva Türkiyə Xüsusi Xidmət Orqanının agenti oldu
Bizi izləyin

Tabloid.az

Günay Musayeva Türkiyə Xüsusi Xidmət Orqanının agenti oldu

Günay Musayeva Türkiyə Xüsusi Xidmət Orqanının agenti oldu

Türkiyədə fəaliyyət göstərən həmyerlimiz Günay Musayevanın baş rolda çəkildiyi “Kod adı K.O.Z.” filminin təqdimatı keçiriləcək. “Parantez Yapım” və Uğur Yalçınkayanın birgə ərsəyə gətirdiyi ekran əsərində Günay Musayeva Türkiyə Xüsusi Xidmət Orqanının (MİT) agenti olan Zeynəb obrazını canlandırıb. Aralarında dövlət adamlarının da təmsil olunduğu dövlət içində dövlət qurmağı planlaşdıran paralel hökumət yaradanlardan bəhs edən filmdə Günay maraqlı obrazda çıxış edib. O, paralel hökumət əməliyyatına cəlb olunmuş sevgilisindən ayrılır. Azərbaycandakı dostlarının həyatını qurtarmaq üçün hətta keçmiş nişanlısıyla silahlı qarşıdurmaya çıxan agent (Günay Musayeva) ona verilən öhdəlikləri yerinə yetirir. Film üçün xüsusi olaraq silahtutma, döyüş dərsləri alan Günay rolunun öhdəsindən gəlmək üçün Holivudun bu üslubda çəkilmiş filmlərini izlədiyini bildirib. Filmdə ilk işi olduğunu bildirən aktrisa daha öncə Rusiya və Türkiyədə də seriallarda rol alıb.

Fevralın 13-dən Türkiyənin bütün kinoteatrlarında nümayiş olunacaq filmin Avropada da təqdimatı nəzərdə tutulur. Belə ki, fevralın 26-da Berlin, fevralın 27-də Vyana, fevralın 28-də Belçika, martın 1-də Amsterdam martın 12-də isə Bakıda filmin qala gecələri keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm