İlahə İbadova zövqsüzdür yoxsa kök? - Fotolar
Bizi izləyin

Tabloid.az

İlahə İbadova zövqsüzdür yoxsa kök? - Fotolar

Müğənni İlahə İbadova bu gün paylaşdığı şəkillərlə diqqət çəkib.

Müğənni İlahə İbadova bu gün paylaşdığı şəkillərlə diqqət çəkib. Özü də ona yaraşmayan geyimlərdə. Tabloid.az xəbər verir ki, müxtəlif tərzlərə aid geyimlərində İlahə İbadova haqqında “gözəl görünür” “yaraşır” demək çətindir. Özünün ifadəsi ilə desək, mağazada geyimləri çox incələməyə hövsələsi yoxdur. Bu da onun seçdiyi geyimindən açıq görünür. Geyimlərə baxan kimi görünür ki, İlahə xanım yenə özünü deyil, gözünü oxşayanı seçib. Həmin şəkillərdə müğənni qara rəngi qırmızı və ağ rənglərlə uyğunlaşdıraraq müxtəlif üslublarda özünün tərzini nümayiş etdirib.

Ciddi, işgüzar qadın obrazlarına uyğun ağla qaranın zolaqlı, xallı, cizgili köynək və paltarlarında yaxşı görünsə də, qara top və uzun qırmızı büzməli ətək barədə ürəkaçan nəsə demək mümkün deyil. Onsuz da, kifayət qədər artıq çəkisi olan bu geyim müğənnini görkəmsiz göstərib. Top isə qısa olduğundan həm çəkisinə, həm görkəminə, həm də üslubuna yaraşmayıb.

Tabloid.az-a müsahibələrindən birində cırıq şalvar və qısa kofta geyinən həmkarlarına qibtə etdiyini bildirən İlahə İbadovanı bundan sonra cırıq şalvarda da görsəniz, təəccüblənməyin.

Tabloid.az İlahə İbadovanın şəkillərini təqdim edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm